Regionun siyasi "havası" kəskin dəyişir- Mirsamir Məmmədov



  Bütün Dünyada olduğu kimi, bu regionda da dengələr dəyişdi. Ankara Moskva ilə, Tehran Vaşingtonla yaxınlaşdı. Bu anlaşmalarda kimlərin nə qazandığını və nə qazanacağını dəqiq hesablamaq çətin olsa da, köhnə qruplaşmaların daxilində güclü separatçılıq meylləri artdı. Ankara Vaşingtondan, Tehran da Moskvadan qurtulmaq istəyir. Əvəzində hər ikisi satdığı sirrlərin qarşılığında güc əldə edəcəyinə ümid edir. Amma ümid edirlərki bununla bağımsızlıqlarını qoruya biləcəklər. Ankaranın Rusiya ilə yaxınlaşmasının ardında nəyin olduğu sual altında olsa da, Tehranın fikri bəllidir. Qərbdən tam toxunulmazlıq almaq istəyir. Son dönəmlərdə İrandan xaricdə təşkilatlanan Güney Azərbaycan aktivistlərinin güclü və qüvvətli fəaliyyətindən qorxuya düşüb. Bunun üçün İranın içində Cənubi Azərbaycanı itirmək qorxusu və səksəkəsi yaranıb. Odurki qəflətən 180 dərəcə manevr edərək, ABŞ-a tərəf döndü. Və molla rejiminin anlamadığı bir tək məsələ varki, artıq istiqlaliyyət yetişib və bunu yetişdirən Amerika deyil, Qərb deyil. Nə Qərb nə Amerika nə də müttəfiq Rusiyası 50 milyonluq bir toplumun önünü kəsə bilməz. Səttarxanın, Xiyabaninin, Pişəvərinin dövrlərində baş verən xalq azadlıq mübarizəsində, Rusiya imperiyası Güneyin azadlıq qazanmasına əngəl ola bildi. Amma indi durumlar fərqlidir. Bu dəfə kimsə buna əngəl ola bilməz. Güney Azərbaycan qanlı əsarətdən xilas olacaq. Molla rejimi mütləq yıxılacaq. Bunu, təşkilatlandırıb silahlandırdığı Hizbullah terror şəbəkəsi də qoruya bilməyəcək. Son dönəmlər İran rejimi Hizbullahı yüksək səviyyədə silahlandırmağa başlayıb. Və bu təşkilatlanmanı Quzey Azərbaycanda da həyata keçirib genişləndirir. Buna misal olaraq Avropa.info xəbər portalının rəhbəri Ruslan Bəşirlinin Hizbullah tərəfindən hədələnməsini və s. göstərmək olar. Odur ki, Bütün Azərbaycan xalqını ayıq-sayıq olmağa çağırıram. Qanında Azərbaycan türk qanı axan hər kəsi Güneyin müdafiəsinə səsləyirəm!

Mirsamir Məmmədov

Yorumlar