Artıq Ramazan ayı, bolluq,bərəkət, sülh və əmin amanlıq ayı sona çatmaqdadır. Əvvəla bu Ramazan bayramı münasibətiylə bütün Azərbaycan xalqını, Dünya Azərbaycanlılarını, inancından və əqidəsindən asılı olmayaraq bütün Dünya müsəlmanlarını təbrik edirəm, qarşıdan gələn Ramazan bayramınız mübarək. Məhs bu günkü gündə toxunmaq istədiyim bir çox aktual mövzular varki, onları çatdırmaq qərarına gəldim. Ramazan başlamasına rəğmən Dünyadakı silah səsləri susmadı, nə İŞİD qruplaşması, nə Həmas qruplaşması islaha gəlmədi. Üst-üstə dünya səviyyəsində məhs elə Ramazan ayında faciə üzərinə faciə yaşandı. Çox təəssüfki bundan sonra da yaşanmaqdadır! Bununla bərabər Azərbaycan xalqının ən böyük problemi həll olunmamış qalmaqdadır. Qarabağda şəhid edilən övladlarımızın, əsgərlərimizin ruhu inləməkdədir. Hər kəs bu ayda özü üçün və ailəsi üçün bir niyyət edir, dua edərək Tanrıdan nəsə bir istək arzusundadır. Mənim arzum ilk olaraq bütün dünyadakı müharibələrin dərhal sona çatması, sülh və əmin amanlığın yaranması və ən əsası xalqımızın ən ağrılı, ən acılı nöqtəsi olan Qarabağın düşmən tapdağından azad edilməsidir! Arzu edirəm gələn il Ramazan bayraamını QARABAĞda qeyd edək, eyni zamanda Arazın o tayındakı soydaşlarımızla qeyd edək! Bir daha Azərbaycan xalqına sülh, əmin-amanlıq, firavanlıq arzu edirəm! Ramazan bayramınız mübarək!

Yorumlar