Radio6 və Kanal6 media qurumlarının rəhbəri Mirsamir Məmmədov, bayraq günü haqqında öz fikirlərini facebook profilində qeyd edib. Radi6.az, media rəhbərinin həmin tarixi fikirlərini təqdim edib.
"Bütün Azərbaycan xalqını, bütün qeyrətli, vətənpərvər və bayraqsevər insanları, eləcə də bu bayraq uğrunda al-qana boyanaraq şəhid olanların ailələrini səmimi qəlbdən təbrik edirəm! Məmməd Əmin Rəsulzadənin yaratdığı Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən qaldırılan üçrəngli bayrağımız Sovet əsarəti dövründə endirilsə də, Müstəqilliyimiz bərpa olan kimi, Demokratik Cümhuriyyətin yadigarı olan üçrəngli bayrağımız da məhs bu günkü günü yenidən bərpa olundu və əbədiyyən dalğalanmağa başladı. Daim əziz və müqəddəs olan üçrəngli bu bayrağın rənglərinin mərkəzində qərarlaşan qırmızı rəng şəhidlərimizin al qanlarıdır! Eləcə qan bahasına bayrağımız qorundu, daha yüksəklərə qaldırıldı! Bu gün müstəqil Dövlətimizin əsas Atributu sayılan üçrəngli bu bayraq son nəfəsimizə qədər sevərək and içdiyimiz, uğrunda ölümü belə gözə aldığımız müqəddəs məhfuma çevrilmişdir! Uğurlu siyasəti nəticəsində bayrağımızın bütün Xarici ölkələrdə, bütün Xarici meydanlarda, konfrans və tədbirlərdə dalğalanmasına səbəb olan Dövlət başçısını Bayraq Günü münasibətiylə təbrik edirəm! Eləcə də bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm! Bu bayrağın qədrini bilən bütün insanlara eşq olsun! Arzu edirəm bu üçrəngli bayrağımız Qarabağda, Güney Azərbaycanda, Təbrizdə və bütün itirilmiş torpaqlarımızda dalğalansın!"- Mirsamir Məmmədov
Yorumlar