1990-cı illərin qanlı-qədalı, faciəli günlərində xalq, bir şəxsin hakimiyyətə gəlməsini tələb etdi. Məhs xalqın istəyi, təkidi və iradəsi ilə hakimiyyətə gələn Heydər Əliyev, dərhal ozamankı bütün hərc-mərcliyə son qoydu, qardaş qırğınının önünə keçdi, ölkəni parçalamaq üçün qalxan bütün üsyanları yatırtdı, dağılmış, parçalanmış, məhv olmuş Azərbaycanı yenidən qurub yaratdı. Ölkəmizi və xalqımızı Xarici Xüsusi Xidmət Orqanlarına satan vətən xainlərini layiqincə cəzalandıran Böyük Şəxsiyyət Heydər Əliyev ölkəmizi daxili düşmənlərdən təmizləyərək, müasir, güclü və qüdrətli Azərbaycan Dövlətini yaratdı. Bu günkü günümüzdə Azərbaycan regionda lider dövlətdirsə, Dünya səviyyəsində öz sözünü müstəqil şəkildə deməyi bacarırsa, bu, Ulu Öndər Heydər Əliyevin həyata keçirtmiş olduğu, olduqca uğurlu və yüksək siyasətinin bəhrəsidir!
Hakimiyyətə gəlişinin ilk illərindən başlayaraq, hər kəsin Ümid Çırağına çevrilən Heydər Əliyev, uşaqdan böyüyə, cavandan qocaya qədər bütün Azərbaycan xalqının sevimlisinə çevrildi. Ən əsası O, bütün qəlbləri, bütün könülləri, bütün ürəkləri fəth etdi! O iradəsini və hökmünü tale qarşısında həyata keçirə biləcək ən nadir şəxsiyyətlərdən idi! Onun yüksək və parlaq siyasəti və uğurlu addımları nəticəsində Azərbaycan, yerləşdiyi bölgənin ən təhlükəsiz, ən qüdrətli dövlətinə çevrildi. Bütün ömrünü Azərbaycan xalqının mənafeyi uğruna həsr edən, həyatını Azərbaycan üçün sərf edən bu nadir şəxsiyyət, 2003-cü ilin bu günkü günü dünyasını dəyişdi. O cismən ölsə də, ruhən hər zaman yaşayacaq! O, hər zaman onu sevənlərin qəlbində yaşayacaq! Azərbaycan xalqı hər zaman Ulu Öndərini sevgi və rəğbətlə anacaq! ALLAH rəhmət eləsin! Məkanı cənnət olsun! AMİN!
Hörmətlə, Mirsamir Məmmədov
Yorumlar