Mirsamir Məmmədov: "Sənətə və sənətkara qayğı göstərmək, Ulu Öndərin Böyüklüyündən qaynaqlanırdı!"








Gördüyünüz kimi bu tarixi fotoşəkildə, olduqca anlamlı bir görüntü əks olunub. Sənətə və sənətkara hər zaman yüksək qayğı göstərən misilsiz insani keyfiyyətlərə malik Böyük Şəxsiyyət, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev və mərhum xalq artisti Səyavuş Aslan! ALLAH hər ikisinə rəhmət eləsin! Hər şeyin ölçüsünü, dəyərini və qədərini bilən Ulu Öndər, hər zaman əlamətdar günlərdə xalqın, ictimaiyyətin içində olurdu, hər kəsə yüksək qayğı ilə yanaşaraq, əlindən gələn yardımı edirdi! Bu fotogörüntü Ulu Öndərin təmiz və pak simasının təzahürüdür! Sənətə və sənətkara, insana və insanlığa hörmət və qayğı ilə yanaşmaq, Ümummilli Liderin Böyüklüyündən qaynaqlanırdı! Onun bu kimi bütün insani keyfiyyətləri onu hər zaman Zirvələrə daşıdı! O zirvələrə ki, o əbədəyyən o zirvələrdə qalacaq, necəki xalqımız yaşayacaq, Ümummilli Lider də həmin olduğu Zirvədə qalacaqdır. Maddi və mə'nən ölkəsinə, xalqına və Vətəninə canıyla, qanıyla baglı olan Ümummilli Lider Heydər Əliyevin hər bir Azerbaycanlıya hədiyyəsi, xalqımıza verdiyi töhvəsi, parçalanmış və dağılmış vəziyyətdə olan Azərbaycanı qurub yaratmaq oldu! Məhs belə şad və sevincli gündə, bizə bu ölkəni, qurub yaradan insanı xatırlamamaq, əsl vicdansızlıq və nadanlıq olardı! ALLAH Ulu Öndərimizə qəni-qəni rəhmət eləsin! Məkanı cənnət olsun! AMIN!
Mirsamir Məmmədov - "Kanal6 TV" və "Radio6"-nın rəhbəri.

Yorumlar