Radio6 və Kanal6 TV , Media Yayım qurumlarının rəhbəri Mirsamir Məmmədovun "Qanlı Yanvar" qırğını ilə bağlı qələmə aldığı məqaləsini təqdim edirik.........
Azərbaycan Tarixininin Şanlı səhifələrinə qanla yazılmış bir gündən, "Qanlı Yanvar" günündən, daha bir il keçdi! Xalqımızın ürəyinə "dağ" basılan, o dəhşətli faciədən artıq 25 il ötür. 1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə "20 Yanvar" şəhidləri xüsusi amansızlıqla, görünməmiş qəddarlıqla qətl edildilər! erməni daşnaqlarının fitnəsi və arzusu ilə, ozamankı SSRİ rəhbəri Mixail Qorboçovun erməni arvadının da diktəsi ilə və eləcə də Azərbaycanın o zamankı rəhbərliyinin, Vəzirovkimilərin istəyi ilə 35 mindən çox xüsusi təyinatlı peşəkar təlim görmüş rus-erməni mənşəli qüvvələr, SSRİ Müdafiə Nazirliyi, "ALFA" və SSR DTK-nın xüsusi "A" təxribat qurupları hər tərəfdən Bakıya yeridilərək "Udar" adlı hərbi əməliyyatda əliyalın, dinc, günahsız sivil insanları görünməmiş vəhşiliklə, xüsusi qəddarlıqla qanlarına qəltan etdilər! Bakıya gələn həmin canilər, dinc insanlara amansız divan tutdular, Azərbaycan xalqına qarşı tarixin görünməmiş, ən qanlı terrorlarından birini həyata keçirtdilər. O dəhşətli Ümum Bakı terrorunda yüzlərlə sivil insan öldürüldü, 600-dən artıq insan yaralandı xeyli sayda insan itgin düşdü. 20 Yanvar faciəsi, Bəşər tarixinin ən qanlı cinayətlərindən və Sovet Rusiyasının ermənipərəst mövqeyi və xalqımıza qarşı mənfur niyyətinin amansız sonluğu idi. Xalqımızın yaddaşına qanla yazılan bu dəhşətli gün, xalqmızın öz qanı ilə şərəfli tarix yazdığı bir gündür. Eləcə də, Azərbaycanın Qəhrəmanlıq Səlnaməsinə çevrilən bu gün, qanlı əsasətdən xilas olduğumuz günün başlanğıcıdır. İndiki azadlığımızı birmənalı şəkildə 20 Yanvar şəhidlərinə borcluyuq. Azərbaycanın, tərkibində olduğu və 70 il qulluq etdiyi Sovet rejiminin qəflətən üstümüzə ağır zirehli texnika və tanklarla hücuma keçərək Bakını yerlə yeksan edib, dinc insanları gülləbaran edərək, tankların altında əzib məhv etməsi, xalqımızın səbrini daşırmaya, onu coşdurmaya bilməzdi. Beləliklə ayağa qalxan xalqımız öz müstəqilliyini qazandı. Məhs 20 Yanvar şəhidlərinin sayəsində və eləcə də Onların pak qanları bahasına azadlıq qazandıq. O azadlıq ki, 70 illik keşməkeşli və zülümlü yaşayış sonrası, sivil insanların kütləvi qırğınıyla əldə olundu! Öz ölümləriylə Azərbaycan xalqına azadlıq, istiqlaliyyət və müstəqillik gətirən bu insanlar əbədiyyən qəlbimizdə yaşayacaq, Onlar, Heç vaxt unudulmayacaqlar! Xalqımız nə qədərki var, və nəqədər bu millət və bu Dövlət yaşayır, eləcə də xalqımızın azadlığı uğrunda canlarından keçmiş bu insanlar, daim sayqı və qürurla anılacaq, əbədiyyən yaşayacaqlar! ALLAH bütün şəhidlərimizə rəhmət eləsin! Məkanları cənnət olsun! AMİN

Mirsamir Məmmədov
Yorumlar