Mirsamir Məmmədov: "Azadlıq Radiosunun fəaliyyəti, Azərbaycan Dövlətini və Hakimiyyətini ləkələmək missiyasından ibarətdir!"
Radio6 xəbər verir ki, araşdırmaçı-yazar, siyasi şərhçi Mirsamir Məmmədov, Politoloq Vəfa Quluzadənin mətbuatda "Azadlıq Radiosu" barəsində yayılan səs yazısına və sözügedən radionun efirində jurnalist Xədicə İsmayılla olan dialoquna münasibət bildirib..........
Hörmətli Politoloq Vəfa Quluzadənin yayılan səs yazısında, Azadlıq Radiosunun efirində jurnalist Xədicə İsmayılla baş tutan dialoqunda, son dərəcə reallıqları ifadə edərək, bu media qurumunun ünvanına haqqlı olaraq ağır ittihamlar səsləndirərək, Amerika, Qərb və Avropanı, ermənipərəst mövqeyi üçün "topa" tutub. Həqiqən Vəfa müəllimin söylədikləri haqqdır və gerçəkləri əks etdirir. "Azadlıq Radiosu", nəinki ermənilər və Qarabağ mövzusuna qarışmır, əksinə, qəsdən və məqsədli şəkildə, hesablanmış siyasət və plan üzrə, sosial problemləri qabardaraq, Qarabağ məsələsindən yayınır və öz izləyicilərini də yayındırmağa çalışır. Nədənsə Avropadan qaynaqlanan, Qərbmeyilli Azərbaycanlı təşkilatlar, bəzi dırnaqarası media quruluşları və eləcə də "Azadlıq Radiosu" ermənilər barədə fikir bildirmir, əleyhinə danışmır, suçlamır, əksinə olaraq, Azərbaycan xalqı ilə ermənilər arasında dostluq münasibətləti yaratmağa çalışır! Bu kimi şəxslərin bir qismi həbs olunsa da, bir qismi, əsas hissəsi hələ də azadlıqdadır! erməni təşkilatı olan PİN (People İn Need) kimi, Milli Qəhrəmanımız Əlif Hacıyevi, qatil və terrorist adlandıran, Qarabağı erməni torpağı hesab edən üzdəniraq xarici təşkilatları, burda, Azərbaycanda dəstəkləyib onların burdakı maraqlarını qorumağa çalışan bir çox siyasət adamları,yəni radikal müxalifət simaları hələ də ölkəmizdə fəal hərəkət edərək Azərbaycana zərər verməyə çalışırlar. erməniləri, ümumiyyətlə bu xalqın düşmənlərini dəstəkləyən hər kim olursa, o da bu xalqın düşmənidir! Xədicə İsmayıl, Leyla Yunus, Rauf Mirqədirov və bir çoxları Azərbaycan xalqının maraqlarını erməni və eləcədə ermənipərəst Qərb maraqlarına satmış, Vətənə, xalqa xəyanət etmiş insanlardır! Azadlıq Radiosu da ermnipərəst Qərb mövqeyindən çıxış ediyi üçün, hər zaman ermənipərəst qərbli ağalarının tapşırıqlarını Azərbaycanda icra edib. Ümumiyyətlə, Azadlıq Radiosunun Azərbaycandakı fəaliyyəti, Azərbaycan Dövlətini və Hakimiyyətini ləkələmək missiyasından ibarət olub! Ancaq, Dövlət və Hakimiyyət əleyhinə çəkilişlər apararaq, insanları milli və sosial zəmində Dövlətə qarşı baş qaldırmağa sövq etməyə cəhd etmiş və hər zaman Azərbaycandakı siyasi sabitliyi pozmağa çalışmışdır! Çünki bu, Azadlıq Radiosunun Qərbdən, ermənipərəst qüvvələrdən aldığı xüsusi tapşırıq olub, təbiiki, Azadlıq Radiosu ilə bərəbər şəkildə çox siyasi təşkilat, QHT və bir neçə media qurumları və eləcə də "People İn Need" təşkilatını Azərbaycanda dəstəkləyən bütün siyasət adamları bu ssenaridə iştirak edib. Odurki, Vəfa Quluzadə, çox gözəl ifadələr səsləndirib, Əhsən! Vəfa Quluzadə Azadlıq Radiosunun efirində olduqca doğru sitatlar gətirərək, faktları qeyd edib. Hesab edirəm ki, Vəfa Quluzadənin anti-Qərb çıxışı, Azərbaycandakı bütün ermənipərəst Qərb mövqeyində olanların dilini kəsmiş oldu. Azadlıq Radiosunun efirindəki bu çıxışı üçün Vəfa Quluzadəni təbrik edirəm! Hətta, bu möhtəşəm ifadələri üçün Vəfa müəllimə buradan təşəkkür etməyi də özümə borc bilirəm. Təşəkkürlər Vəfa müəllim!
Mirsamir Məmmədov

Yorumlar