Mirsamir Məmmədov: "Dövlət Başçısının, müəllimlərin əmək haqqlarını qaldırması alqışlanmalıdır!"

"KANAL6" və "Radio6" media yayım şirkətinin prezdenti Mirsamir Məmmədov, Dövlət Başçısının müəllimlrin əmək haqqını qaldırmasını şərh etdi...

"Möhtərəm Cənab Prezident İlham Əliyev müəllimlərin maaşlarını qaldırmaqla Azərbaycan təhsilinə güclü nəfəs vermiş oldu. Hər sahəyə böyük diqqət və böyük qayğı göstərən möhtərəm Prezident, Azərbaycan Təhsilinin daha yüksək səviyyəyə çatması üçün hər zaman əlindən gələni etmişdir, eyni zamanda müəllimlərin maaşlarının qaldırılması cənab Prezidentin Azərbaycan Təhsilinə vermiş olduğu ən böyük Töhvədir! Bu addım, Ali Baş Komandanın Böyüklüyüdür! Həqiqətən eşq olsun Azərbaycan Prezidentinə! Düşünürəmki, Azərbaycan Təhsili və eləcə də Azərbaycanın Təhsil sahəsində çalışanlar və Azərbaycan təhsilini alanlar cənab İlham Əliyevə hər zaman minnətdar olacaq! Möhtərəm Ali Baş Komandanı bu böyük tarixi addımı üçün səmimi qəlbdən alqışlayıram! Möhtərəm Prezident İlham Əliyev, hər zaman Azərbaycan xalqının qəlbinə yol tapmışdır. Eləcə də müəllimlərin və bütün Təhsil sahəsində çalışanların maaşlarının ikiqat qaldırılması onların hədsiz sevincinə səbəb olmuşdur ki, bunun da ən böyük yararı isə AzərbaqycanTəhsilinə olacaqdır! Ali Baş Komandan bu son addımı ilə, Azərbaycan Təhsilinə külli miqdarda sərmayə yatırtmış olduki, bu da gələcək nəslin daha savadlı şəkildə yetişib Dövlətə və vətənə daha yararlı insanlar olmasına şərait yaradacaq! Əmək Haqqlarının qaldırılması Təhsil sahəsində çalışanların böyük ruh yüksəkliyinə səbəb oldu. Əlbəttəki, bütün bunları dəqiq hesablayan Azərbaycan Prezidenti çox gözəl bir qərar qəbul edərək, müəllimlərin əmək haqqlarını qaldırdı. Hesab edirəmki, məktəblərdə çalışan bütün müəllim heyyəti və eləcə də bütün təhsil sistemində çalışan şəxslər möhtərəm cənab Prezidentin bu qayğısının qarşısında olduqca məsuliyyətlə işləyəcəklər və əllərindən gəldiyi qədər hər bir müəllim, hər bir təhsil işçisi, gəncliyimizin parlaq şəkildə yetişməsi üçün var qüvvələri ilə çalışacaqlar! Təhsil sahəsində çalışan hər kəsə uğurlar diləyirəm! Arzu edirəm ki, Azərbaycan Təhsili daha da zirvələrə ucalsın, Dünyanın hər bucağından Ölkəmizə uğur gətirsin, eləcə də möhtərəm Cənab Prezidentin bu etimadını doğrultsun! AMİN!" -Mirsamir Məmmədov

Yorumlar