Prezident İlham Əliyev daim xalqın rıfahını düşünür! - Mirsamir Məmmədov

"KANAL6" və "Radio6" media yayım şirkətinin Prezidenti, Politoloq, Siyasi şərhçi Mirsamir Məmmədov, Dövlət Başçısının, Tarif Şurasının benzin və yanacağa dair son qiymət artımını ləğv etməsiylə bağlı, öz fikirlərini bildirib..

Prezident İlham Əliyevin, benzin və yanacağın son qiymət artımını ləğv etməsi, olduqca böyük hümanist bir addım idi! Eşq olsun Azərbaycan prezidentinə! Daim xalqına xidmət edən İlham Əliyev, hər zaman xalqın ümidini doğruldaraq, hər kəsin ümid çırağına çevrilib. Möhtərəm prezidentin bu kimi hümanist addımları minlərlə, milyonlarladır və saymaqla bitməz! Prezident İlham Əliyev, xalqımızın mənafeyi üçün əlindən gələni edir. Eləcə də Tarif Şurasının son qiymət artımını ləğv etməsi, bunun bariz nümunəsi və göstəricisidir. Son qiymət artımın aşağı salınması, bütün nəqliyyat sahiblərinin, sürücülərin ruh yüksəkliyinə səbəb oldu. Eyni zamanda benzin və yanacağın qiymətinin artması bəzi sünii bahalaşmalara və bir çox narahatverici hallara səbəb ola bilərdiki, bütün bunları nəzərə alan Azərbaycan prezidenti cənab İlham Əliyev, doğru bir qərar verərək, hümanist bir addım ataraq, benzin və yanacağın qiymətinin artmasını ləğv etdi. Dövlət Başçısı hər zaman xalqını rifahını düşünüb! Təşəkkürlər möhtərəm cənab Prezidentə!
Mirsamir Məmmədov

Yorumlar