"Azərbaycan-İsrail qardaşlığı" - Mirsamir Məmmədov

Siyasi-şərhçi, Mirsamir Məmmədovun "Azərbaycan-İsrail münasibətləri"nə dair qələmə aldığı analitik və araşdırma yazını təqdim edirik.......


İsrail Dövlətinin və Hökumətinin hər zaman Azərbaycana qarşı sözün həqiqi mənasında əsl dostluq və qardaşlıq münasibətləri mövcud olub. Təbiiki, 2600 ildən artıqdır ki, Azərbaycanda məskunlaşan yəhudilərin, Azərbaycan və İsrail arasında bu dostluqların yaranmasında əvəzsiz xidmətləri var. Azərbaycandan Amerika, Avropa və İsrailə köç edən bütün yəhudi ailələri, eyni zamanda bilavasitə Azərbaycançılıq ideyalarından da çıxış edərək, İsrail və yəhudi xalqının maraqlarıyla bərabər, Azərbaycan maraqları naminə də lobbiçilik etmişlər. Azərbaycandan Xaricə köç edən bütün yəhudilər, hər yerdə Azərbaycan adlarını yaşadırlar, Azərbaycan həqiqətlərini səsləndirirlər, "biz Azərbaycanlıyıq!"
deyirlər. Beləliklə, İsraildə də eyni şəkildə davranaraq, Azərbaycan həqiqətlərindən bəhs edirlər. İsrail Dövləti və Hökuməti də öz növbəsində hər zaman Azərbaycana qarşı dost. qardaş əlini uzadaraq, ən çətin zamanlarda belə yardım etməyə çalışmışdır. Bununla bərabər, qüdrətli Yəhudi lobbisi hər zaman Azərbaycan Diasporasına yardım etməyə çalışmışdır. Hələ SSRİ dağılarkən, müstəqilliyimizin ilk dönəmində, xüsusən Qarabağ müharibəsində, İsrailin Azərbaycana çox böyük dəstəkləri olmuşdur. Rusiya, İran kimi bölgənin qüdrətli dövlətləri silah-sursat, texnika, yanacaq, yeyəcək və geyəcəklə, bütün maddiyyatla və eləcə də canlı qüvvələrlə təchiz edərək ermənistanın arxasında olduğu bir zamanda, İsrail Müdafiə Nazirliyinin Azərbaycana böyük yardımları oldu. Həm erməni ordusuna aid kəşfiyyat xəbərlərinin ələ keçirilmsində, həm də silah-sursat satışında İsrailin Azərbaycana olan yardımları əvəzsizdir! Ən əsası isə, Azərbaycanın müstəqillik qazanan zaman, Rusiya və İran BMT-də Azərbaycanı müstəqil Dövlət olaraq tanımayanda, BMT-nin o zamankı Təhlükəsizlik Şurasının sədri olan qardaş İsrail Dövləti qeyd-şərtsiz Azərbaycanın müstəqilliyini tanıdı və digər Dövlətlərin, eləcə də ABŞ-ın, Azərbaycanı müstəqil bir Dövlət olaraq tanımasına böyük cəhdlər etdi, bu sahədə dəstəklərini əsirgəmədi. BMT Təhlükəsizlik Şurasında, Azərbaycanın müstəqilliyi məsələsi müzakirə olunarkən, Rusiya və İranın müstəqilliyimizi tanımayaraq qarşı çıxdığı bir vaxtda, məhs İsrailin Azərbaycanın xeyrinə qərar verməsi məsələni birdəfəlik həll etdi, bütün BMT Dövlətləri Azərbaycanı tanımağa başladı. Məhs ondan sonra Amerika, Rusiya və sonda da Azərbaycanın qüdrətlənməsini görən İran, tanımağa məcbur oldu. 1992-ci ildə BMT Təhlükəsizlik Şurasında, Azərbaycanın müstəqilliyini təsdiq edən qətnamənin çıxarılmasında, "Yəhudi Lobbisi"nin yardımları danılmazdır. Müsəlman Dövləti olan İran İslam Respublikasının, Azərbaycanla ermənistan arasında qanlı savaşda nəinki Azərbaycana dəstək oldu, günahsız insanlarımızın pak qanlarının axmasına öz maraqları naminə göz yumdu, hətta daha irəli gedərək, bu qanlı savaşda erməniləri dəstəklədi, hərcür silah-sursatla, yanacaq, yeyəcək və geyəcəklə təmin edərək ermənistana yüksək yardımlar etdi və hələ də etməkdədir. Bütün bunlarla bərabər olaraq, Həmas, Hizbullah və Yasir Ərəfatın təlim düşərgələrində təlim görmüş əsgərlər, müsəlman müzdlular da İranın vasitəçiliyi ilə Qarabağa gələrək, Xocalıdan başlayaraq, xalqımıza amansız divan tutdular. "Nə qədər azərbaycanlı ölürsə ölsün, təki Qarabağ ermənilərin olsun, Azərbaycan güclənməsin, Təbriz əldən getməsin" deyən İran Ayətullalarından və İslamçılarından fərqli olaraq, əks düşüncədə olan, təki Azərbaycan təklənməsin deyən, Qarabağ müharibəsi boyunca dəstəklərini əsirgəməyən qardaş İsrail Dövləti, bu günümüzdə də eyni yardımları davam etdirir, Azərbaycana ən yüksək müasir texnikaların və silahların güzəştli satışında iştiak edir, Azərbaycanın ən müasir silahlarla silahlanmasında əlindən gəldiyi qədər dəstəyini əsirgəmir. Eləcə də, hər zaman Azərbaycan həqiqətlərinin Dünyada tanınmasında, xüsusən Xocalı faciəsinin Dünyaya çatdırılmasında Yəhudi Lobbisi Azərbaycan Diasporasına bütün imkanlarıyla yardım edir. Günümüzdə İsrail rəsmiləri, Hökumət və Dövlət Başçıları da Beynəlxalq Konfranslarda və önəmli toplantılarda Azərbaycan həqiqətlərindən bəhs edərək, Xocalı soyqırımından, Azərbaycan xalqının necə müsibətlər və qanlı faciələrlə üzləşməsindən sitatlar gətirirlər. Ən son olaraq da, qardaş İsrail Dövlətinin Prezidenti, cənab Reuven Rivlin, məhs Birləşmiş Millətlər Təşkilatının toplantısında Xolokost yəhudi soyqırımı ilə bağlı çıxış edərkən, Xocalı faciəsinə də toxunaraq, erməni vəhşiliyindən və vandalizmindən bəhs etmişdir. Bu misilsiz dəstəyi üçün, qardaş İsrail Dövlətinin rəhbərinə sonsuz və dərin hörmətlə, səmimi qəlbdən təşəkkürlərimizi bildiririk! Azərbaycanın İsraillə dostluq və qardaşlıq münasibətləri əbədidir, hər zaman da əbədi olacaq! Hər zaman bu dostluq və qardaşlığın möhkəm olmasını bütün qəlbimlə diləyir və arzulayıram! Hər iki xalq arasında sülhün, əmin amanlığın bərqərar olmasını diləyirim! AMİN! - Mirsamir Məmmədov

Yorumlar