“Azərbaycan Prezidenti, xalqa olan xidmətləri və şəxsi keyfiyyətləriylə, hər kəsə ibrətdir!"

Radio6 və KANAL6 Media yayım qurumlarının rəhbəri Mirsamir Məmmədov, Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışlarına dair fikirlərini qeyd edib....

Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən onlara öz sözümü deyirəm: Gedin, təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim əsas tələblərim” - Bu sözləri, Azərbaycan Prezidenti İlham Əliyev, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib. 




 Azərbaycan Prezidenti hər zaman, öz hərəkətləri, öz xidmətləri və öz şəxsi keyfiyyətlərinə görə hər kəsə ibrətdir! Eyniylə də, hər bir məmur, Azərbaycan Prezidentindən ibrət götürməlidir! Möhtərəm cənab Prezident İlham Əliyev vəzifəsinin icrasına başladığı gündən, öz işinin keşiyində dayanaraq, var qüvvəsi ilə, bütün Azərbaycan xalqının qayğısına qalmaqdadır! Hər sahəyə, hər bir kəsə diqqətlə yanaşan Möhtərəm Prezident bütün Azərbaycan xalqını öz bağrına basaraq hər hər kəsin qeydinə qalır, ümumiyyətlə ölkəmizin siyasi və iqtisadi inkişafı üçün, və eləcə də ölkəmizin daha da çiçəklənməsi üçün əlindən gələni edir. Cənab Prezident İlham Əliyev. hər zaman Dövlətçiliyimizin qorunması üçün sədaqətl çalışır. Hər bir sahədə, Ali Baş Komandanın xidmətləri misilsizdir. Bütün sahələrdə əldə olunan bütün uğurların üzərində, Möhtərəm Prezidentin şəxsi imzası var!  Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin Ölkəmiz üçün başlatmış olduğu Parlaq Siyasəti uğurla davam etdirən Cənab Prezident İlham Əliyev özünün uğurlu xidmətləri sayəsində İqtisadi və Siyasi baxımdan Azərbaycanı regionun ən qüdrətli ölkəsinə çevirib. Azərbaycanın yerləşdiyi Coğrafi məkanın mahiyyətini anlayan və Dünyadakı Qlobal sərt siyasi prosesləri dərindən anlayan, eləcədə də yerləşdiyimiz regiondakı prosesləri yaxından izləyən hər bir kəs Ulu Öndərin əsasını qoyduğu bu Böyük Siyasətin və Qlobal Siyasi Strategiyaların ölkəmiz üçün nə qədər uğurlu olduğunu, Möhtərəm Cənab Prezident İlham Əliyevin bu məsuliyyətli və çətin yolda nə qədər işlər gördüyünü, Azərbaycan üçün nə qədər xidmət etdiyini, Ümummilli Liderin əsasını qoymuş olduğu bu uğurlu siyasi kursu necə uğurla davam etdirdiyini, eləcə də Azərbaycanın, Dünyanın ən təhlükəsiz bir guşəsi olması üçün necə xidmət etdiyini, hər kəs dərindən anlayır! Bunun üçün, hər bir azərbaycanlı, Möhtərəm Prezidentə sonsuzadək minnətdar olmalıdır! Azərbaycan xalqı hər zaman Prezident İlham Əliyevi dəstələyir, ona etimad edir və güvənir. Eləcə də Prezident İlham Əliyev, hər zaman Azərbaycan xalqının ona göstərdiyi bu yüksək etimadı, yüksək səviyyədə doğrultmuş və hər zaman Azərbaycan xalqının xidmətində olmuşdur! Son Konfransda da bunu diqqətlərə çatdıran Möhtərəm Prezident, bütün məmurlara səslənərək, onların xalqın xidmətçisi olduğunu vurğuladı! Cənab Prezident, hər kəsə və eləcə də hər bir məmura örnək və ibrətdir! Hesab edirəm ki, Azərbaycan Prezidentinin səsləndirdiyi bu ibrətamiz fikirlər hər kəsə ibrət olacaqdır! Bu möhtəşəm fikirləri və çıxışı üçün, Prezident İlham Əliyevi,səmimi qəlbdən alqışlayıram! 

Mirsamir Məmmədov

Yorumlar