"Dövlətimizin və xalqımızın Milli maraqlarının qorunmasında gəncliyin rolu əvəzsizdir"

Mirsamir Məmmədovun "Gənclər Günü" ilə bağlı Azərbaycan gəncliyi barəsində fikirləri..........








Bu gün 02 Fevral "Gənclər Günüdür". İlk öncə, Azərbaycan gəncliyinə uğurlar diləyirəm! Azərbaycan gəncliyi, sözün əsl mənasında layiqli gənclikdir. Ölkəmizi, hüdudlarımızdan uzaqlarda təmsil edən, ölkəmizin bayrağını qaldıran çox sayda gəncimiz var. Bu ölkənin 60 faizini təşkil edən gəncliyimizin əhəmiyyətli dərəcədə xeyli hissəsi intelektual, savadlı və bacarıqlı gəncləri əhatə edir. Eyni zamanda ölkəmizdə və ölkə daxilindən kənarda Azərbaycançılıq idealarından çıxış edən əsas kütlə Azərbaycan gəncliyidir. Azərbaycan gəncliyi, həqiqətən alqışalayiqdir! Azərbaycanın gələcəyi olan gəncliyimizlə qürur duyulmalıdır! Dövlətimiz hər zaman gənclərə böyük diqqət yetirir, böyük qayğı göstərir. Xüsusən Prezident İlham Əliyevin də Azərbaycan gəncliyinə yüksək diqqət və qayğısı vardır. Ali Baş Komandanın, Azərbaycan gəncliyi ilə bağlı son sərəncamları da bunun bariz nümunəsidir. Dövlətimizin və xalqımızın milli maraqlarının qorunmasında, eləcə də Dövlətçiliyimizin və Suverenliyimizin qorunmasında Azərbaycan Gəncliyinin rolu və xidməti əvəzsizdir! ALLAH, gəncliyimizi qorusun! Bütün Azərbaycan gəncliyini bu günkü gün münasibətiylə təbrik edirəm! "Gənclər Günü"nüz mübarək əziz gənclər!

Mirsamir Məmmədov

Yorumlar