Erməni təyyarəsinin vurulması, Ali Baş Komandanın orduya olan diqqətinin göstəricisidir! - Mirsamir Məmmədov

Mirsamir Məmmədov: "Müdafiə Naziri cənab Zakir Həsənov, Azərbaycan ordusunun güclənməsi üçün, sədaqətlə xidmət edir"
Radio6 xəbər verir ki, bu fikirləri Radio6 və Kanal6 media qurumlarının rəhbəri Mirsamir Məmmədov bildirib.




Azərbaycan ordusuna eşq olsun! Hər an uğur üzərinə uğur qazanır! ermənilərin qaldırdıgı hər bir texnikanı, elə anındaca vurub məhv edirlər! Yaşasın Azərbaycan hərbçiləri! erməni texnikasının vurulması, Azərbaycanın böyük qələbəsidir! Azərbaycan ordusunun bu qədər ayıq-sayıqlığı, bu qədər çevikliyi və bu qədər güclənməsi, cənab Prezident İlham Əliyevin, ordumuza olan xüsusi diqqətinin nəticəsi və göstəricisidir! erməni təyyarəsinin vurulması, ordumuzun ayıq-sayıqlığı, Müdafiə Naziri cənab Zakir Həsənovun da bir Nazir olaraq vəzifəsinin keşiyində ləyaqətlə olduğunu və Azərbaycan ordusunun güclənməsi üçün sədaqətlə çalışdığını göstərir! Vəzifəsinin icrasina başladığı andan etibarən, ordumuzdakı bütün neqativ halları aradan qaldıran cənab Zakir Hesenov, işini qüsursuz həyata keçirir. Ordumuzun əldə etdiyi bu və bütün uğurlara görə, başda Ölkə rəhbəri, Ali Baş Komandan möhtərəm cənab Prezident İlham Əliyevi və Müdafiə Naziri cənab Zakir Həsənovu səmimi qəlbdən təbrik edirəm, Azərbaycanımız üçün daha böyük nailiyyətlər qazanmalarını, saysız və sonsuz uğurlar, hər zaman bol müvəffəqiyyətlər arzulayıram! ALLAH Azərbaycanımızı və onun rəhbərini, eləcə də, Azərbaycana xidmət edən bütün ləyaqətli şəxsləri qorusun! AMİN! -   Mirsamir Məmmədov

                                                                                     



Yorumlar