"Görünməmiş Vəhşət!" - XOCALI


Xocalını üzük qaşı kimi öncədən mühasirəyə alan erməni terrorçuları, Rusiyanın bölgədəki 366-cı moto-atıcı alayı və Orta Şərqdən gələn "saqqallı" muzdur terrorist qüvvələr, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq Xocalını yerlə-yeksan edib Dünya xətisindən sildilər. Həmin gecə Bəşər tarixinin misli görünməyən, insanlığa sığmayan qanlı qətlamlarından birini Azərbaycanlılara qarşı həyata keçirtdilər. ermənilər bütün qüvvəsiylə, ağır zirehli texnikalarla dinc əhalinin üzərinə yeriyərək, əliyalın dinc sakinlərə amansız divan tutdular. Həmin gecə çox az sayda adam həyatını xilas edə bilmişdi. Xilas olanların çoxusu isə "Topxana" meşəsində kəskin, ağır qarlı qış gecəsində, şiddətli və sərt şaxtada donaraq həyatlarını itirdilər. Sağ qalanların bir qismini isə dəhşətli şaxtada əl və ayaqlarını don vurmuşdur. Amma şaxtada ölənlər və sağ qalanlar Xocalı əhalisinin çox kiçik bir qismini təşkil edirdi. Əsas qətliam isə ermənilərin hücumu zamanı kütləvi şəkildə baş verdi. Ağır zirehli texnika və maşınlarla hücum edən terrorçular, acımadan, amansızca hər kəsi qətl etdilər, qocadan cavana, kiçikdən böyüyə hamını zəhərli mərmilərlə güllə-baran edərək qanlarına-qəltan etdilər. Qundaqdakı körpə uşaqlara belə acımayan vəhşi terrorçular körpələri süngüyə keçirərək, amansız işgəncələrlə öldürdülər. İrihəcmli silahlarla Xocalı sakinlərini kütləvi qətl edən erməni caniləri İnsanları tankların altında əzib məhv etdilər. Rusiyanın ağır zirehli texnika ilə təchiz edilmiş 366-cı moto-atıcı alayı və erməni caniləri tərəfindən əhalisi kütləvi qətl edilən, özü isə darmadağın edilən Xocalıda daş üstə daş qoymadılar, beləliklə, şəhər, sakinləriylə birlikdə, tamamiylə yer üzündən silindi! 
Bütün Dünya bu qanlı və dəhşətli Soyqırımı tanımalı və hüquqi qiymət verməlidir! Xocalı Soyqırımını həyata keçirən cinayətkarlar hələ də cəzalandırılmayıb! Bütün Dünyadan Xocalı qətliamını törədənlərin hamısını ən ağır şəkildə cəzalandırılması fasiləsiz tələb edilməlidir! Ən ağrılı hallardan biri odur ki, Beynəlxalq Aləm, bu Qətliamı görməməzlikdən gəlir və ermənistana qarşı heçbir sərt tədbir görülməyib. 20 faiz torpaqlarımızı işğal edən ermənistan, BMT-nin, bu əraziləri qeyd-şərtsiz boşaltmaq haqqında hüquqi qətnamələrinə məhəl qoymur, BMT-nin qətnamələri həllini tapmır! Çox təəssüf ki, Birləşmiş Millətlər Təşkilatı bununla bağlı heçbir ölçü götürmür! Eləcə də, ermənilərin Azərbaycan ərazilərində xalqımıza qarşı törətdiyi qanlı qətliamlara qarşı da Dünya Birliyi susur! Aydındır ki, Beynəlxalq Aləm ermənilərə qarşı son dərəcə mülayim, Azərbaycana qarşı isə, olduqca qərəzli mövqedədir və ortada ikili standartlar mövcuddur! Təbii ki, ermənilərin əsas havadarı Rusiya və Fransadır. Fransanın da ermənipərəst mövqeyi bütün dünyaya məlumdur. ATƏT-in Minsk qrupunun da 3 həmsədrindən ikisi ermənipərəst olduğu üçün Dağlıq Qarabağ münaqişəsi hələ də həllini tapmır. Eyni zamanda da BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən ikisi, yəni Rusiya və Fransa ermənipərəst mövqedə olduğundan BMT-də ermənilərin bütün cinayətləri ört-basdır edilir. Qeyd edilməli daha bir bir önəmli məsələ budur ki, bu vəhşəti törədənlərin biri də məhs elə Rusiyadır. Qonşumuz İranın belə payı vardır bu qətliamda. Beləliklə, Beynəlxalq Aləm, Dünya Birliyi erməni canilərin törətdiyi vəhşiliklərə hüquqi qiymət vermir, və yaqxud da verə bilmir, nəticə etibariylə erməni quldurları hələ də cəzasına çatmayıb. Xocalı şəhərini tarixdə görünməmiş vəhşiliklə yerlə-yeksan edən, dinc sakinləri amansız şəkildə qətl edərək, qundaqdakı körpələri belə süngüyə keçirib işgəncə ilə vəhşicəsinə öldürən erməni terrorçularına qarşı hələ də bütün dünya susur və hüquqi qiymət verməkdən boyun qaçırır! Dünya Birliyi Xocalı qətliamını tanımalı, bu qanlı qətliama qarşı ölçü götürməli, Sərkisyan, Köçəryan və eləcə də bu dəhşətli qətliamı törədən bütün hər kəs Beynəlxalq hüquq və məhkəmə orqanları qarşısında cavab verməlidir! Və ümid edirik ki, bir gün ermənistan və bu qətliamı törədənlər hüquq qarşısında cavab verəcəklər! Xocalıda qətl edilən bütün soydaşlarımıza ALLAHdan rəhmət diləyirəm! Məkanları cənnət olsun! Azərbaycanın başı sağ olsun! AMİN!
Mirsamir Məmmədov







Yorumlar