Holokost, Azərbaycanlıların gözü ilə- Murad Salmanov

           
 Amerika Yəhudiləri Yardım Təşkilatının mətbuat katibi Murad Salmanovun "Holokost azərbaycanlıların gözü ilə" adlı yazdığı məqaləsini təqdim edirik.......

Hərbir millətin tarixində çətin və unudulmaz anlar, bir çox müsibətlər yaşanmışdır. Azərbaycan xalqının da tarixində çoxlu qanlı hadisələr, faciələr mövcud olub. Bunların içində ən dəhşətlisi və ən yadda qalanı əsrin faciəsi olan Xocalı faciəsidir. Azərbaycan xalqlıyla eyni taleyi daşıyan yəhudi xalqının da başına bir çox faciələr gətirilmişdir.Yəhudi tarixində ən dəhşətli faciəsi və dəhşətli qətliam “Xolokost”-dur. Xolokost yunan sözü olub “ Xolos bütün ” Koustos ” yanmış deməkdir. Bu kəlimə Avropada yəhudilərin Faşistlər tərəfindən kütləvi şəkildə qətl edilməsinə verilən adddır. Avopada və xüsusi ilə Almaniyada anti semitizm tarix boyu mövcud olmuşdur hər zaman yəhudilər müxtəlif təzyiqlərə və qətliyamlara məruz qalmışlardır. Holokost bu qırqğınların ən sistemli və dəhşətli olanıdır. 1933 –cü ildə Hitlerin və Nasist partiyasının Almaniyada hakimiyyətə gəlməsi ilə yəhudilərin vəziyyəti kəskin şəkildə dəyişdi.İlk olaraq 1935 – ci ildə Nuremberq Qanunları adlı irqçi sənəd qüvvəyə mindi . Almaniyadakı bütün yəhudilər vətəndaşlıqdan məhrum edilərək dövlət işlərindən kənarlaşdırıldılar. Eləcə də bütün mal və mükləri əllərindən alındı. Yəhudiləri ölkədən qovulmağa başlandı. Hətda dünyaca məşhur alim Albert Einstein belə alman vətandaşlığından məhrum edildi.Bunun ardınca 1938-ci ildə Kristal Gecəsi adlanan faciəvi hadisə baş verdi. Almaniyada bir gecə də yüzdən artıq sinaqoq və məbəd yandırıldı. Yüzlərlə yəhudi öldürüldü beləliklə ilk yəhudi qətliyamları başladı. Almaniyayla birlikdə avropanın bir çox ölkəsində anti semitizm dalğası başladı. İkinci dünya müharibəsinin başlaması ilə avropada yəhudilər Gettolara sürgün edildi. Misal olaraq Varşava gettosunda 450 min yahudi qalırdı.1941- ci ildən İmperiyadakı bütün yəhudilər “Yəhudi” yazısı olan sarı ulduzu paltarlarının üzərində daşımaq məcburiyyətində qaldılar. Yəhudilərin cəmiyyətdən təcridi almaniyanın işğal etdiyi bölgələrdə sürətlə yayıldı. Fransa, Hollandiya, Macaristan, Ruminiya kimi ölkələrdə anti semitizm qanunları qəbul edildi. 
Almanların yəhudiləri kütləvi şəkildə məhv etməsi 1941 –ci ildən başlayır. Nasistlər yəhudiləri iki şəkildə öldürürdülər. Birincisi səyyar ölüm qrupları idilər ki onlar Almanca “Einsatzgruppen” adlanırdı. Bunlar 1941 – ci ildən başlayaraq Sovlet İttifaqından işğal olunan torpaqlarda əsir alınan 1.5 milyon yəhudini vəhşicəsinə öldürdülər. 
İkincisi isə uzaq məsafələrdən gətirilən yəhudilərin məhv edildiyi ölüm düşərgələri idi.(Auschwitz, Ttreblinka Majdanek )Bu ölüm düşərgələrində 4 milyondan artıq yəhudi qaz otaqlarında və sobalarda yandırılaraq öldürülmüşdür. Nasist həkimlər yəhudilər üzərində tibbi araşdırmalar aparır amansız işkəncələr verirdilər. Körpə uşaqlar beynində və digər orqanlarında narkossuz əməliyyatlar həyata keçirirdilər. alman əsgərləri öldürdükləri yəhudilərin qızıl dişlərini belə çıxardırdılar.
Bütün bu işgənclər nəticəsində bəzi yəhudilər üsyan etdilər. Bu üsyanların ən böyüyü Varşava gettosunda baş tutdu. Ancaq taleləri digər yəhudilərdən fəqlənmədi.55 mindən artlq yəhudi Nasist əsgərləri tərəfindən öldürüldü.
Bütün dünya yəhudilərin vəhşicəsinə öldürülməsini izləyirdi. Bununla belə bəzi dövlətlər( Türkiyə, Belçika, Danimarka) yəhudilərə yardım etməyə çalışırdı. Onlar yəhudilərə saxta pasportlar paylaraq onların xilas olmalarına köməklik edirdilər. 
Yahudi soyqırımı Almaniyanın və müttəfiqlərinin məğlub olması ilə sona çatdı. Məğlub olan almanlar soyqırımı təsdiq edən dəlillər geridə qalmasın deyə hər şeyi yandırırdılar. Sovet ordusunun Berlinə daxil olması ilə Hitlər faşizmi sona çatdı. Bu soyqırım nəticəsində 6 milyondan artıq yəhudi öldürüldü. Bu rəqəm Avropada yaşayan yəhudilərin təqribən 70% ni təşkil edirdi. Holokostda öldürülənlərin 1 milyonu usaq 2 milyonu qadın, 3 milyonunu kişilər təşkil edirdi. 
Azərbaycan və yəhudi xalqları hər zaman birlikdə sülh içində yaşayıblar və bir-birinə dəstək olublar. Hər iki xalq tarix boyu zülümlərə və haqsızlıqlara məruz qalıb Azərbaycan erməni təcavüzünə məruz qaldığı bir zamanda yəhudi xalqı azərbaycanın yanında olmuşdur. Məhz bunun nəticəsidir ki Azərbaycanın ilk milli qəhrəmanlarından olan Albert Aqarunovu erməni faşizminə qarşı qəhrəmancasına şəhid olub.
Yəhudi xalqıda dünya da haqslzıqlara və zülümlərə məruz qaldığı zamanlarda belə azərbaycanda sülh içində yaşayıblar.Bu bizim nə qədər tolerant bir xalq olmağımızdan irəli gəlir. Bu gün Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir.Bünövrəsi Ümummili lider Heydər Əliyev tərəfindən qoyulan tolerantlıq siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda nəinki yəhudilər bütün millətlər sülh və əminamanlıq şəraitində yaşayırlar.
Oxşar taleyi daşıyan azərbaycan və yəhudi xalqı bir birinin dərdinə şərik çıxır, və faşizmə və haqsızlığa qarşı birlikdə mübazirə aparırlar. Sonda bütün Qarabağ şəhidlərimizə və Holokost qurbanlarına Tanrıdan rəhmət diləyirəm!

Yorumlar