Prezident İlham Əliyev Avropaya və bütün Dünyaya gərəkən cavabı verdi! - Mirsamir Məmmədov

Prezident İlham Əliyev, Global  problemlərin qaynaq nöqtələrini açdı.....



    

"Əgər Azərbaycan və Ermənistan arasındakı münaqişə həll edilsəydi, Ukraynada da münaqişə baş verməyə bilərdi. Bu münaqişələr eyni ssenariyə malikdir. Hər ikisində ərazi bütövlüyü pozulub və hər ikisində də eyni nəticə - işğalıçılıq və separatizm. Bunlar güzgü kimidir. Ona görə də biz beynəlxalq ictimaiyyət və dünyanın aparıcı ölkələrindən eyni münasibəti gözləyirik. Digər münaqişələrdən fərqli olaraq Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsi var. Fakt budur ki, qətnamələrin heç biri yerinə yetirilmir, öz qərarlarına belə hörmət etmirlər.

Ermənistan bizim torpaqlarımızı işğal edib, beynəlxalq hüquq normalarını pozub, Xocalı soyqırımını törədib, bizim tarixi və dini abidələrimizi məhv ediblər. Amma bütün günahları bizdə görürlər. Sual bundan ibarətdir ki, erməni əsgərinin işğal olunmuş ərazilərdə nə işi var? Erməni əsgəri Ağdamda nə unudub? Füzulidə nə işiniz var? Əgər erməni əsgər ölmək istəmirsə, Ağdama gəlməsin", 
,- İlham Əliyev


Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında Ukrayna böhranının həlli yollarından danışarkən, Azərbaycanın Dağlıq Qarabağ probleminin eynitipli problem olduğunu, məsələnin eyni köklü olmasına diqqət çəkərək, bütün Dünyanın Dağlıq Qarabağ məsələsinə biganə yanaşmasının bu gün Ukraynadakı kimi böhranlara şərait yaratdığını vurğuladı və bütün Dünyanı sərt şəkildə qınadı! Əslində Qarabağ məsələsinə biganə yanaşan qüvvələrin bu gün Ukrayna böhranında aciz qalma səbəblərinin sirrlərini, Prezident İlham Əliyev öz çıxışlarında açıb ortaya qoydu. Azərbaycan Prezidentinin bu fikirləri, bəlkə də Dünyanı yenidən düşünməyə vadar edəcək. Eyniylə Cənab Prezidentin Münhen Konfransından eləcə də işğalçı Ermənistana səslənməsi, olduqca mühüm bir addım və əhəmiyyətli məsələ idi. Bu günə qədər Qarabağ probleminin həllinə biganə yanaşan Dünya Birliyi, Ukraynada qarşılaşdığı sərt əngəllərin əslində nə kimi məsələlərdən qaynaqlandığını və problemin nədə olduğunu bəlkə də anladı......
Mirsamir Məmmədov.

Yorumlar