"Prezident İlham Əliyev, sünii qiymət artımına qarşı layiqli ölçü götürdü!" - Mirsamir Məmmədov

Mirsamir Məmmədov, sünii qiymət artımına qarşı Dövlət tədbirlərindən danışdı.....


Dolların məzənnəsinin sünii qalxması bir çox fürsət ovçularına münbit şərait yaratdı. Bir çox məhsullarda xeyli səviyyədə qalxmalar müşahidə olundu. Əsasən yerli və daxili istehsalçılar da, dollarla bərabər istehsal etdikləri məhsulların qiymətini sünii olaraq bahalaşdırmağa can atdılar. Bu acınacaqlı duruma dərhal reaksiya verən Hökumət sünii qiymət artımını önləməyə başladı. Bu barədə xüsusən möhtərəm cənab Prezidetn İlham Əliyevin xüsusi tapşırıq və göstərişləri nəticəsində, xüsusi dövlət nümayəndələri firmaları, istehsalçı şirkətləri və irihəcmli genişçaplı Ticarət Mərkəzlərini nəzarətə götürdülər. Dövlətin və Hökumətin bu təqdirəlayiq addımı Azərbaycandakı sünii inhisarçılıq yaratmaq istəyən yerli fürsət ovçularının qarşısını kəsmiş oldu. Bu kimi hallarda hər zaman Azərbaycan xalqının maraqları mənafeyi və rifahı üçün əlindən gələni edən möhtərəm cənab Prezident İlham Əliyevin müvafiq göstəriş və tapşırıqları olmuşdur. Belə ki, hər zaman hər şeyi diqqətdə saxlayan Azəraycan Prezidenti, daim xalqın maddi durumlarının yaxşılaşması üçün var qüvvəsi ilə çalışmış, hər zaman xalqın cibinə girmək istəyən şəxslərin cəzalanması üçün əlindən gələni etmişdir. Hamıya bəllidir ki, möhtərəm Prezidentin məsələyə müdaxiləsi özünü çox gözlətmədi və Azərbaycan Prezidenti xalqın maraqlarını düşünərək, bir çox fürsətçilərin dolların məzənnəsinin qalxmasını bəhanə gətirərək istehsal edilən məhsulların qiymətlərinin və ümumiyyətlə bütün məhsulların sünii qaldırılmasının qarşısının alınması üçün tapşırıqlar vermişdir! Başda prezident İlham Əliyev olmaqla, Azərbaycan Dövləti və Hökuməti hər zaman xalqın maraqlarına xidmət edir. Möhtərəm Prezident hər zaman olduğu kimi bu dəfə də sübut etdi ki, O, Azərbaycan xalqının yanındadır, Azərbaycan xalqını bütün qəlbiylə sevərək bağrına basmışdır, eləcə də, xalqımızın maraqlarına zərər verən hər kəs sərt cəzalandırılmışdır. Azərbaycan Prezidenti hər zaman, bütün varlığı ilə Azərbaycan xalqının qayğısına qalır. O, bir daha sübut etdiki, heçnə onun diqqətindən qaçmır, O, həqiqətən öz xalqına can-başla xidmət edir! Bütün bunlara görə, hər zaman möhtərəm Prezidentə minnətdarıq!  - Mirsamir Məmmədov















Yorumlar