"Yerusəlim Post qəzetinə təşəkkürlər" - Mirsamir Məmmədov


Jerusalem Post qəzeti: "Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, nəticədə bir milyon insan qaçqın vəziyyətinə düşüb"

İsrailin məşhur "Yerusəlim Post" qəzeti hər zaman olduğu kimi, bu dəfə də növbəti sayını, Azərbaycanın Qarabağ probleminə həsr edib. Qəzetdə, Azərbaycan və Qarabağ həqiqətlərindən geniş bəhs edilərək, Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söz açılır. İsrail Dövlətinin hər zaman Azərbaycana olan dəstəyi, özünün daxili mediasında və eləcə də aricdə dərc edilən Yəhudi medialarında da özünü qabarıq göstərməkdədir. Buraya, Amerikada nəşr edilən "Forum Daily" nüfuzlu Amerika yəhudi jurnalının da Azərbaycana və Qarabağa aid edilən və xüsusən ermənilər əleyhinə tirajlanan nüsxələrini də əlavə etsək, təbii ki, Azərbaycan və İsrail dostluğunun bütün detallarını aydınlıqla görərik. Hər zaman Azərbaycana olan dəstəyinə görə qardaş İsrail dövlətinə və xüsusən Qarabağ və Xocalı həqiqətlərinə daim diqqət çəkən İsrail mətbuatına sonsuz təşəkkürlərimizi bildiririk!

Mirsamir Məmmədov

Yorumlar