"Dövlətimizin Başçısı, Çanaqqala şəhidlərinin məzarını ziyarət etdi!"



Azərbaycan Prezidenti, hümanist insan, böyük siyasətçi möhtərəm cənab İlham Əliyev, Çanaqqala şəhidlərinin məzarlarını ziyarət etmişdir. Dövlətimizin Başçısı qardaş ölkəyə yüksək dəstəyini bütün türk xalqı qarşısında öz dərin ehtiramıyla ifadə etdi! İlham Əliyev, hər zaman Azərbaycan və qardaş Türkiyə xalqları arasında hələ Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu möhkəm və yüksək əlaqələri uğurla davam etdirməkdədir. Qardaş Türkiyə xalqına, Hökumətinə və onun Prezidentinə öz daim öz dəstəyini əsirgəməyən Azərbaycan Prezidenti, Çanaqqaladakı yüksək səviyyədə itirakı ilə, daha sonra Çanaqqala şəhidlərinin məzarlarını ziyarət etməklə, xalqımızın bütün maraqlarını ifadə etmiş oldu. Vəzifəsinin icrasına başladığı gündən möhtərəm cənab İlham Əliyev, Ulu Öndər yolunun, onun siyasi irsinin layiqli davamçısı olmuşdur. Bu müqəddəs yolu uğurla davam etdirən ölkə Başçısı, öz uzaqgörən və müdrik siyasəti ilə, Ölkəmiz və xalqımız üçün yararlı olan bütün addımları uğurla atmışdır. İlham Əliyev, Azərbaycanın daxili və Xarici siyasətində çox parlaq uğurlara imza atmış, xalqımızın maraqlarına layiqli xidmət etməkdədir! Bəli İlham Əliyev böyük şəxsiyyət, hümanist bir Liderdir! İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi müddətdə, hər zaman xalqımızın başı uca olacaq! ALLAH ölkə rəhbərinin də başını hər zaman uca eləsin, uzun ömür, can sağlığı versin, ölkəyə rəhbərlik fəaliyyətində də, şəxsi həyatında da böyük uğurlar, müvəffəqiyyətlər, nailiyyətlər və zəfərlər nəsib olun! AMİN!
ALLAH Çanaqqala şəhidlərinə də rəhmət eləsin!

Yorumlar