Mirsamir Məmmədov: “5 aprel mitinqində Avropa Şurasının bayraqlarının qaldırılması nəyə xidmət edirdi?!"

Sosial zəmində keçirildiyi iddia edilən müxalifətin 5 Aprel mitinqinin sifarişiçisi Avropadakı ermənipərəst qüvvələrdir!....




Bu fikirləri, Milli Şuranın Aprelin 5-də keçirtdiyi mitinqi şərh edərkən Siyasi şərhçi Mirsamir Məmmədov səsləndirib. Onun sözlərinə görə, mitinq düşmən qüvvələr tərəfindən sosial və siyasi sabitliyi pozmaq üçün planlanıb. Daha sonra mətbuata açıqlamasında M. Məmmədov bildirib.

Müxalifətin 5 Aprel mitingində, "Avropa Şurası"nın bayraqları milli bayraqlarla bərabər dalğalandı. Siyasi bir əyləncə yaradan Əli Kərimli və digərləri, Azərbaycan xalqını milli və sosial zəmində aldadaraq, öz çirkin maraqlarını gizlətməyi məharətlə bacarır. Mitingin sosial zəmində olacağını, heçbir siyasi məqsəd daşımadığını öncədən bəyan etsələr də, miting sosial və milli zəmində olan bir aksiya yox, sırf mənşəyi bilinməyən siyasi maraqlara xidmət edən, arxasında görünməz əllərin olduğu, belə demək mümkünsə, cəmiyyətin beynini qarışdırmağa yönəlmiş iyrənc bir siyasətin və çirkli bir oyunun, göstəricisiydi. Əgər miting sosial zəmindəydisə, o zaman sual yaranır: Bəs "Avropa Şurası"nın bayraqlarının qaldırılması hansı zəmindəydi? "Avropa Şurası"nın bayraqlarının qaldırılması hansı məqsədləri daşıyırdı? Müxalifət liderləri 5 Aprel mitinginin əsas məqsədinin sosial zəmində olmasını iddia edərək insanların gözünü boyamağa çalışdı. Sosial zəmində olduğu iddia edilən mitingdə Avropa Şurası-nın bayraqlarının qaldırılması, mitingin sifarişinin əslində hardan gəldiyini açıq-aşkar sərgilədi. Bu hal isə, "Avropa Şurası"nın Azərbaycana dair hansı maraqlarda və niyyətlərdə olduğunun sübutu və göstəricisidir. Burda qarışıqlıq yaratmaq planlarının və niyyətlərinin xəbərçisidir. Müxalifət göstərir ki, "Biz xalqa yox, Avropa Şurası-na arxalanırıq!" Amma xalqa arxalanmayan, xalqdan etimad görməyən, xalqın inamını və etibarını qazana bilməyən siyasi qüvvələr hər zaman məğlubiyyətə məhkumdur! Görünən odur ki, xalq müxalifətə inanmır, ona etimad etmir! Müxalifət də bunu çox gözəl bildiyi üçün, Avropaya, Xaricə, hətta düşmən qüvvələrə tərəf üz tutur.

Yorumlar