Mirsamir Məmmədov: "Azərbaycanda qarışıqlıq yaratmaq istəyən bütün qüvvələrin arxasında da Avropa Birliyi və Parlamenti dayanır!"
"Azərbaycanda qarışıqlıq yaratmaq istəyən bütün qüvvələrin arxasında da Avropa Birliyi və Parlamenti dayanır!"
Osmanlı imperiyasının tarixində, dinc və sivil insanlara qarşı heç bir qətliam faktı aşkanlanmayıb......
Avropa Birliyi və Avropa Parlamenti, hər zaman Azərbaycan və Türkiyəyə qarşı qərəzli və düşmən mövqedə olub. İlk olara onu qeyd edim ki, Bu qurumlar sırf erməni maraqlarına xidmət edir və bu bölgədə var qüvvələriylə qarışıqlıq və təxribatlar yaratmağa çalışırlar. Xüsusən Azərbaycanda bu qurumlar öz iyrənc və məkrli planlarını həyata keçirtməyə can atırlar. Bu sözləri Siyasi şərhçi Politoloq Mirsamir Məmmədov səsləndirib. Avropa Parlamentinin qondarma erməni soyqırımını qəbul edən qətnamə çıxarmasını geniş şərh edən Politoloq bildirib ki,
Avropa Birliyi və Parlamenti, Azərbaycandakı Dövlət və Hökumət əleyhinə olan qüvvələri bütün imkanlarıyla dəstəkləyib həm arxa dayaq çıxır, həm də güclü maliyyə yardımlarıyla təmin edir. Belə ki, "Sosial tələblər" başlığı altında miting keçirən müxalifət rəsmiləri, kürsüyə çıxdıqdan sonra, mitingin bütün qaydaları və şüarları dəyişir, sosial zəmində keçirilən mitingin əsas prioritet mövzusu Avropaya inteqrasiya məsələsinə çevrilir. Eyni zamanda sosial tələblərlə keçirilən aksiyada Avropa Birliyinin və Parlamentinin bayraqları da qaldırılır. Bu da aydın görsənir ki, Avropadakı ermənipərəst düşmən qüvvələr, var qüvvələriylə iş başındadırlar və bu sahədə əzmlə çalışırlar. Azərbaycandakı vətən xainlərinə və satqın qüvvələrə edilən yardımlar, sırf bu məqsədlədir. Bütün imkanlarıyla Azərbaycanda qarışıqlıq yaratmğa çalışırlar. Amma bütün səyləri bir nəticə verə bilmədiyi üçün digər variantlara əl atmağa çalışırlar. Azərbaycanın qüdrətli iqtidarı, xalqın yanındadır və xalq da iqtidarın yanındadır. Təbiiki Avropadakı düşmən qüvvələr bunu başa düşürlər, onun üçün digər təsir və təzyiq mexanizmalarına əl atmağa başlayıblar. İlk olaraq Roma Papasının və ardınca ermənipərəst Avropa Parlamemtinin qondarma və uydurma erməni soyqırımını qəbul etməsi, əvvəla bu təşkilat və qurumların hara və kimə xidmət etdiyini açıq şəkildə göstərir. Qondarma və saxta soyqırım iddialarına sarılıb Azərbaycan və Türkiyəyə qarşı ciddi təzyiq və təsir edə biləcəyini zənn esən xəstə təxayüllü, yarım ağıllı ermənipərəstlər, ermənilərin Azərbaycan ərazilərində törətdiyi qanlı qırğınları, kütləvi qətliamları, 31 mart soyqırıçında 12 mindən artıq insanın ölümünü, və əsrin faciəsi olan Xoxalı soyqırımını, işğalçı və terrorçu ermənistanın işğal etdiyi torpaqları sanki görmürlər və sanki bunlar olmayıb kimi davranırlar. 1915-ci il hadiaələri uzaq keçmişdir və Osmanlı imperiyasının belə bir qətliam törətməsi faktını təsdiq esən heç bir qaynaq, dəlil və sübut yoxdur. Sadəcə yalan üzərində qurulmuş bir iddiaları səsləndirən Avropa Parlamenti bu iddialara heç bir əsas gətirə bilmir. Sadəcə belə bir qənaətdə olduqlarını ifadə edərək, Avropa Parlamentariləri, erməni soyqırımını qəbul edən qətnamənin lehinə səs veriblər.
Heç bir fakta və sübuta əsaslanmayan saxta soyqırım iddiasını orataya atıb qəbul edənlər, Türkiyənin əleyjinə fikir səaləndirlənlər, Türkiyəni ermənistnla münasibətləri normallaşdırmağa, sərhədləri açmağa bu saxra iddianı əbul etməsini tələblə istəyənlər, nədən 1918-ci il 31 mart soyqırımından, nədən bütün Dünyanın gözü önündə baş vermiş əsrin faciəsi olan Xocalı soyqırımını da dilə gətirmirlər? Nədən bütün bu faktlar ermənilərin lehinə olaraq gizlədilir?! Bütün Dünya mətbuatında videolentlərlə və fotoçəkilişlərlə yayımlanan Xocalı soyqırımı o qədər uza keçmişdə baş verməyib. Bütqn Dünyanın gözləri önündə baş vüeib. Amma görünən odur ki, Avropa Parlamenti, işğalçı və terrorçu ermənistan tərəfindən Azərbaycnın başına gətirilən münasibətləri diqqətə almayaraq, ancaq öz çirkin və mənfur maraqları naminə işğalçı və terrorçu ermənistanı haqlı və məsum obrazında qələmə verərək, sadəcə özlərinin uydurduqları, əsası olmayan qondarma soyqırım məsələsini qəbul edərək, bütün Dünyaya da qəbul erdirməyə çalışırlar. Soyqırım məaələainə aydınlı gətirəcək tək insanlar tarixçilər və tarixi araştırmaçılardır. Heç bir tarixi fakt, Osmanlı imperiyasının erməni qətliamını törətdiyini təsdiq etmir. Bunu Avropa da bilir və onun üçün məsələni tarixçilərin ixtiyarına verməkdən bərk qorxub çəkinirlər yalanlar ortaya çıxaca deyə. Tarixçilərin bu faktı araşdırmaaı məsələsi heç bir halda, bu aoyqırım iddialarının memarlarına və ideoloqlarına qətiyyən sərf etmir.
Bütün Dünyanın bildiyi tək reallıq və tək gerçək var ki, 1915-ci illər, Osmanlı imperiyası özünün süqutu dövrünq yaşayıb və çöküş anında olub. Həm daxildən, həm xaricsən güclü müharibə şəraitində olub və ölkə ərazisinin çox böyük hissəsi yunan-ingilis-rua və digər Antanta Bloku-na daxil olan dövlətlər tərəfindən işğal olunmuşdur və Osmanlı imperiyası öz başının dərdində olub. Bu 1,5 milyon ermənini Osmanlı qoşunları harda və nə zaman öldürüb? Bəs belə bir hal yaşanmışdırsa, nədən birinci Dünya Müharibəsini qeydə alan tarixçilər bu qədər böyük bir tələfatı qeydə almayıblar. Hər halda o dövrü qeydə alan tarixçilər türklər olmayıb və əksəriyyəti Avropa və Amerika tarixçiləri olublar. Amma heçbir tarixçi, heçbir araştırmaçı, belə bir faktı qeyd etməyiblər və bu hal heçbir tarixi mənbədə öz təsdiqini tapmır. Aradan 100 il keçdikdən sonra siyasət adamları ortaya çıxaraq, öz mənfur və kirli oyunlarının tərkib hissəsi olaraq bu saxta soyırım iddialarını səsləndirirlər.
Ümumiyyətlə, Osmanlı imperiyasının tarixində qətiyyən dinc əhaliyə qarşı qətliam faktı olmayıb və heçbir tarixi mənbə belə bir halı təsdiq etmir. Vatikan da, ermənipərəst Avropa Parlamenti də, əgər bir faktı və tutarlı əsası və arqumenti varsa, ortaya çıxarmalıdır, əks halda isə, bu qondarma soyqırım iddiasından əl çəkməli və təsdiq etdikləri sənədi ləğv etməlidirlər. Avropa Parlamenti də, Vatikan da, bu saxta soyqırım iddiasının qatı tərəfdarlarından olan olan İtalya da, xatırlamalıdır ki, 20-ci əsrin soyqırımını elə məhs onlar törədiblər yəhudilərə qarşı. ikinci Dünya Müharibəsində Mussolini Hitlerin ən yaxın dostu, silahdaşı, müttəfiqi və cinayət ortağı olub. Amma Vatikan və italiya hökuməti, bu faktı heç xatırlamır. Eyni zamanda, ikinci Dünya Müharibəsində, dönəmin Papası və Vatikan, Hitler və Mussolini ilə müqavilə imzalayaraq, Hitler və Mussolininin yəhudilərə qarşı sərgilədikləri Anti-Semitizmi tanıyaraq, dəstəkləmişdir. Bu faktların unudulduğunu sanan Vatikana, Papa-ya və İtaliyaya xatırlatmaq lazımdır ki, yəhudilərə qarşı həyata keçirtdikləri dəhşətli soyqırımı qəbul edərək, İsrail Hökumətinə və yəhudi xalqına əbədiyyən təzminat ödəməlidir.
Hüseyn Bağırov
Yorumlar