Mirsamir Məmmədov: "Xolokost yəhudi soyqırımı, nəinki 20-ci əsrin ən birinci və böyük soyqırımı, hətta bütün insanlıq tarixinin ən qanlı və bağışlanmaz cinayətidir!"




Bəşər tarixinin ən qanlı cinayətlərindən, ən qanlı qətliam və soyqırımlarından ən dəhşətlisi, yəhudi soyqırımı olan "Xolokost"dur.16 Aprel, Hitlerin göstərişi və əmriylə, 6.000.000 (altı milyon)-dan artıq dinc və günahsız yəhudinin qətl edilməsinin ildönümüdür. Faşist Almaniyası, yəhudilərə qarşı amansız işğəncələrlə, dəhşətli soyqırım həyata keçirtmişdir. Avropada yaşayan yəhudilərin, 4-də 3-ü bu soyqırımda həyatını itirdi, olmazın işğəncə və amansızlığıyla tarixin görünməmiş vəhşiliyi və məhs 20-ci əsrin ilk və ən böyük, tarixinsə ən dəhşətli soyqırımıdır Xolokost. Tarixi qaynaqlardan aydın olur ki, yəhudi xalqı tarixin ən dinc və sivil xalqlarından biri olduğu halda, məhs bütün tarix boyu qanlı qətliamlarla üzləşmişlər. Bu qanlı qətliamların ən böyüyü və dəhşətlisi, Hitler faşizminin həyata keçirtdiyi kütləvi qətliamdır. Yəhudiləri toplu və kütləvi şəkildə ölüm düşərgələrində, qaz lobaratoriyalarında öldürüb məhv edirdilər. Eyni zamanda Hitlerin hərbi həkimləri, həkimlik təcrübələrini və praktikalarını ən çox yəhudi uşaqlarının üzərində həyata keçirir, xüsusi amansızlıqla, əsir edilən körpə uşaqların orqanları üzərində təcrübə həyata keçirirdilər xüsusi lobaratoriyalarda. Hitlerizmin əlində olan yəhudi uşaqlarının üzərlərində diri-diri əməliyyatlar edir, dəhşətli amansızlıqla, acımasızcasına bədənlərini, orqanlarını doğrayaraq öz məqsədlərini həyata keçirib, dəhşətli cinayətlərə imza atırdılar.Bütün Dünyanın qeyd-şərtsiz qəbul edib tanımalı olduğu‚ bütün Dünyanın gözü önündə baş verən bu dəhşətli genasidin tarixini inclədikcə insanı dəhşətə gətirir! Azərbaycan xalqı da tarix boyu bu kimi qanlı müsibətlərə, dəhətli faciələrə, soyqırımlara məruz qalmışdır və hər zaman eyni halı yaşadığımız üçün, Azərbaycan xalqı olaraq, qardaş yəhudi xalqını çox dərindən anlayır, bütün dərdlərinə şərik olur, acılarını öz acımız olaraq qəbul edirik. Tarix boyu eyni qətliamlarla üzləşdiyimiz üçün, qardaş yəhudi xalqının başına gətirilən bu dəhşətli genasid faktını pisləyir və bu dəhşətli soyqırımı, bu vəhşəti törədənləri bütün nifrətimizlə lənətləyirik. Yəhudi xalqının başı sağ olsun! Bu soyqırımda həyatını itirənlərə ALLAHdan rəhmət diləyirəm! Məkanları cənnət olsun! AMİN!

Yorumlar