Mirsamir Məmmədov: "Zərifə xanımın əziz xatirəsi hər bir Azərbaycanlının qəlbindədir!"





Görkəmli elm xadimi, Avtolmoloq Zərifə xanım Əliyevanın anadan olmasından 92 il ötür. Yüzlərlə, minlərlə insanın gözünə şəfa vermiş, minlərlə insanı qaranlıqdan nura, işıqlığa çıxartmış Zərifə xanım Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Şahtaxtı bölgəsində böyük həkim, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışmışdır.
Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında misilsiz xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərəliləşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.
Zərifə xanım Əliyeva, müasir Azərbaycanın banisi, xilaskarı, qurucusu və yaradıcısı Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, ən yaxın ömür sirdaşı olmuşdur. Ümummilli Liderlə birlikdə Zərifə xanımın tibb sahəsində, xüsusən Avtolmologiya üzrə Azərbaycan xalqına olan xidmətləri əvəzsizdir. Zərifə xanım öz hümanistliyi və nəcib keyfiyyətləriylə tibb sahəsində hər bir kəsə böyük ibrət olacaq böyük bir məktəbin banisidir. Minlərlə gözdən zəlil insana işıqlı dünyanı görmək nəsib etmiş, minlərlə insana və ailəyə sonsuz sevinc bəxş etmişdir. Zərifə xanımın adı gəldikdə, indi də o düvrün yaşan insanları arasında bir sevinc, hörmət və qürur hissi yaranır. Görkəmli alimin, gözünə və eləcə də bunun simasında qəlbinə və həyatına işıq və nur verdiyi insanlar sonsuz saydadır və bu gün də Zərifə xanımın yardımlarından sevinc hissi ilə danışan insanlar çoxlu saydadır. Hər biri, onu tanıyan, şəxsən əlindən şəfa görmüş, qaranlıqdan nura çıxan hər kəs və eləcə də bu qəbildən olan insanların bütün yaxınları, böyük hümanist insan, Avtolmoloq alim Zərifə xanımın adını hər zaman sevinclə yad edərək, hər zaman onun adını dərin hörmət, sevgi və ehtiramla anaraq, hər zaman rəhmət oxumaqdadır! Bəli Zərifə xanım öz sağlığında bu hörməti və sevgini insanlar tərəfindən, bütün Azərbaycan xalqından, Moskvada fəaliyyət göstərdiyi zaman hələ SSRİ-nin müxtəlif yerlərindən onun qəbuluna gözlərinin şəfa tapması üçün gələn müxtəlif xalqların nümayəndələri tərəfindən belə bu sonsuz sevgini öz sağlığında qazandı. Zərifə xanımın qəbuluna gəlib şəfa almayan insan olmadı. Onun vaxtsız ölümü bütün onu sevənlərin, bütün passiyentlərinin həqiqətən dəhşətli bir günüydü. Zərifə xanım 1985-ci il aprelin 15-də Moskvada vaxtsız olaraq dünyasını dəyişdi. Onun ölümü, ilk olaraq Ulu Öndər Heydər Əliyevə ən öyük zərbəydi. Bu həyatda ən böyük dəstəyi məhs Zərifə xanımdan alan Heydər Əliyevin, ən çətin anlarında yenə də ən böyük dəstəkçisi, həyat yoldaşı Zərifə xanım Əliyeva idi. İllər, əsrlər keçsə də, O, hər bir Azərbaycanlının qəlbində yaşayacaq, onun hər sahədə böyük xeyirxahlığı, insanlara xidməti heçbir zaman unudulmayacaq. Yüzilliklər belə keçsə, yenə də xoş xatirəsi dərin ehtiramla anılacaqdır.
ALLAH Zərifə xanıma rəhmət eləsin! Məkanı cənnət olsun! AMİN!

Mirsamir Məmmədov

Yorumlar