"İkinci Dünya Müharibəsinin dəhşətli fəsadları və əldə olunun qələbənin mahiyyəti!"




Qələbə gününüz mübarək!
Bəşər tarixinin ən dəhşətli müharibəsi olan İkinci Dünya Müharibəsində əldə olunan qələbədən 70 il ötür! Dəhşətli nəticələrlə bitən bu Qitələrarası ümumdünya müharibəsi elə 70 milyondan artıq insanın canını aldı. Hitler Almaniyasının Dünyanı təkbaşına idarə etmək xülyası ilə faşizmin başlatdığı müharibə qorxunc və tükürpədici izlər buraxdı. Planetin hər yerində gedən qanlı döyüşlər, hər yerdə dəhşətli insan tələfatına və milyonlarla insanın həyatına son qoydu, Dünya sivilizasiyana çox böyük bir zərbələr vurdu. 1939-cu ildə Hitler faşisminin Polşa üzərinə hücumu ilə başlayan, 1941-ci il iyunun 22-də SSRİ-yə hücumu ilə dəhşətli başlanğıcla vüsət götürən müharibə, 1945-ci ilin mayın-da Reyxstaqın və Berlinin ələ keçirilməsiylə Avropada sona çatdı və 09 may "Qələbə Günü" olaraq elan olundu. Ancaq uzaq Şərq regionunda isə müharibə davam etməkdəydi. Burada isə Yaponiya və Amerika arasında dəhşətli savaş gedirdi. Xirosima və digər ərazilərə Atom bombası bu zaman atılmışdır. Bu qanlı müharibənin fəsadları bu qədər ağır və dəhşətli oldu. Bütün Bəşər tarixi dəhşətli Tragedik durumla üz-üzə qaldı! İkinci Dünya Müharibəsi bütün Dünyanı əhatə etsə də, Hitlerin SSRİ üzərinə hücumuyla, müharibə elə əslində "Nasizm" və "Komminizm" savaşına çevrildi. Məğlub tərəf "Nasist" cəbhəsi olsa da, milyonlarla insan itgisiylə qarşılaşan SSRİ və müttəfiq üvvələri də, diqqətlə baxsaq, heçnə qazanmadı. Müharibənin mahiyyəti, sadəcə qorxunc sayda insan tələfatından ibarət idi! SSRİ və müttəfiq qüvvələrinin əldə etdiyi qələbə, əslində qədim Yunan tarixindəki məğlubiyyətə bərabər hesab olunan "Pir" qələbəsiydi! Sadəcə dağıntılar və kütləvi insan məhvi. Tək qazancsa, müharibənin sona çatması, mənasız və səbəbsiz insan qırğınının durdurulmasıydı!...

M. Məmmədov

Yorumlar