Mirsamir Məmmədov: “Binəqədidəki yanğın, düşmən qüvvələrin təxribatından xəbər verir!”




Bu gün Binəqədi rayonunda baş verən dəhşətli yanğın faciəsi hər kəsi sarsıtdı.
Birinci Avropa Oyunlarının başlamasına az qalmış belə bir yanğın hadisəsinin baş verməsi kimlərsə tərəfindən planlanmış mənfur və murdar bir kampaniyanın bir parçasıdır. Çox böyük ehtimalla, bu günkü bina kimlərsə tərəfindən yandırıldı. Bu barədə mətbuata geniş açıqlama ilə çıxış edən Siyasi şərhçi Mirsamir Məmmədov, Bakı şəhəri Binəqədi rayonu ərazisində baş verən dəhşətli yanğının düşmən qüvvələr tərəfindən məhs birinci Avropa oyunlarını pozmaq məqsədiylə törədildiyini söylədi. M. Məmmədov bildirib ki, Təbiiki, bu faciəvi hadisə ermənipərəst və bütün düşmən qüvvələrin artıq iş başında olması və var qüvvələriylə qarşıdakı möhtəşəm layihəni pozmağa çalışdıqlarının açıq-aşkar göstəricisidir. Bir neçə gün əvvəl Avropa Parlamentinin bu Oyunların Azərbaycanda keçirilməsini boykot edən qərarının birbaşa bu günkü yanğınla əlaqəsi ola bilər. Öncə təhdidlər, qarayaxma kampaniyaları işə düşür, daha sonra oyunlar boykot edilir‚ bunun ardınca da ölkəmizdə dəhşətli yanğın faciəsi baş verir. Hər bir olayın məntiqi açıqlaması vardır. Bu günkü yanğın faciəsinin məntiqi açıqlaması məhs onun kimlərsə tərəfindən Azərbaycanda təxribat yaratmaq planlarının olduğundan ibarətdir. Aydın görünür ki, iyrənc niyyətli mənfur qüvvələr‚ öz məkrli planlarını həyata keçirtmək üçün‚ Birinci Avropa Oyunlarını pozmaq məqsədiylə bütün yollara əl atacaqlar. Artıq bu günkü faciə düşmən qüvvələrin təxribat əməllərinə start verdiyini göstərdi. Bu günkü hadisədə bütün ermənipərəst Qərb və Avropa ölkələri və bilavasitə elə erməni kəşfiyyatının və lobbisinin əli vardır. Azərbaycan dövləyinin günü günfən artan qüdrəti, Dövlət Başçısının müstəqil siyasət yeritməsi, uğurlu layihələrin Azərbaycanda keçirilməsi düşmən qüvvələri kəskin şəkildə narahat etmişdir. Avropa oyunlarının Azərbaycana gətirəcəyi sonsuz uğurları və yüksəlişləri gözü götürməyən bədxah və xain düşmənlər xaincəsinə bu uğurları pozmağa can atır. Təbiiki, Axərbaycan dövləti hər zaman olduğu kimi müstəqil siyasət yeritməkdədir, heçbir təhdid və kampaniyalara boyun əyməyəcəkdir. Azərbaycan Dövləti öz doğru bildiyi yolda uğurla addımlayacaqdır. Bu günkü faciədə həyatını itirən insanlara ALLAH-dan rəhmət diləyirəm, məkanları cənnət olsun! Xəsarət alanlara da şəfalar arzulayıram!

Yorumlar