Mirsamir Məmmədov: “Terror hücumu da, peyğəmbərin karikaturasının çəkilməsi müsabiqəsi də qəti yolverilməzdir!”



Banların hər ikisi də insanlığa və ALLAH-a qarşı son dərəcə ziddiyyət təşkil edir!
Əhdi-Ətiqdə də, İncildə də, Quranda da bütün peyğəmbərlər hörmətlə anılır. İslamda və digər dinlərdə hansısa bir peyğəmbərə qarşı hörmətsizlik olunmayıb və bununla bərabər, qan tökmək də, terror törətmək də ciddi şəkildə qadağan olunur və bu hərəkəti edənlər bütün kitablarda lənətlənir!…..


Bu fikirləri, Siyasi şərhçi Mirsamir Məmmədov Amerikada Hz Məhəmməd Peyğəmbərin karikaturalarının çəkilməsiylə bağlı müsabiqənin keçirilməsinə və buna qarşılıq olaraq yaşanan olayları şərh edərkən səsləndirib:
Radikal İslamçılıq tendensiyasının real İslamla qətiyyən heçbir əlaqəsi yoxdur. Əvvəla Quran ayələriylə baxsaq, və bu prinsiplərdən yanaşsaq, o zaman ALLAHın özü də terror törədən şəxsi kimliyindən asılı olmayaraq lənətləyir. Terror törədən şəxs, istənilən halda, birmənalı şəkildə İslamdan və Haqq-dan uzaqdır. Bütün bunları, müqəddəs kitabları oxuyaraq bilə-bilə qəsdən həyata keçirən hər bir kəs elə özü cəhənnəm əhlidir, hansısa siyasəti həyata keçirtməyə çalışanlardır. Maddi maraqlara xidmət edən bir yoldur müasir dövrün terror bəlası! Bu halı ilk olaraq İslam dini və Qurani Kərim qadağan edir və Uca ALLAH tərəfindən müsəlmanların müqəddəs kitabında lənətlənir. Bu, məsələnin bir kontektstiydi ki, bunun izahı budur. Digər kontekst isə, Qurani Kərimdə digər dinlərə və kitab əhllərinə hörmətlə yanaşılması əmredilməsidir. Buyrulur: “Ya Peyğəmbər səndən əvvəl göndərilmiş kitab əhllərinə toxunmayın. Yalnız mənə deyil də, daşa və bütə ibadət edənləri sonuncu buyurduğum İslama dəvət edin!” Yəni Uca Yaradan elə Qurani Kərimdə Tolereantlığı əmredir. Müsəlman Coğrafiyasında Yəhudi və Xristian inanclı şəxslərin təqib edilməsi faktı harda varsa təbiiki qınanmalı və etiraz edilməlidir. Buna ən birinci etirazı müqəddəs Qurani Kərim etməkdədir. Digər dinin nümayəndəsinə hörmətsizlik etmək, təqib etmək, zor tətbiq etmək ALLAHın sevmədiyi və buyurmadığı məsələdir. ALLAHın buyurmadığını etmək və Uca Yaradanın istəklərinə qarşı gəlmək özü bağışlanmaz günahdır. Bütün bunlar məsələnin bir aspekti. Ancaq digər askpektdən baxanda digər tərəfdən də, Vatikan, və Qərbin özü də süddən çıxmış ağ qaşıq deyil. Eyni zamanda İslama qarşı cəbhə açmaq özü də yuxarıda saydığım hərəkətlərin eyniylə bərabəridir. Nə İslama qarşı, nə Xristianlığa qarşı, nə də Yəduliyə qarşı cəbhə açmaq olduqca yolverilməzdir. Bu hal özü ALLAHın buyruqlarına son dərəcə ziddir və Uca Tanrının istəkləriylə qəti ziddiyyət təşkil edir. Eyni zamanda hansısa din rəhbərini təhqir etmək, hansısa dinn peyğəmbərinə qarşı bu cür təhqirlər, onun karikaturasını çəkmək, hətta ən pis və ən maraqlı karikatura çəkənə 10.000 (on min) ABŞ dolları mükafat təyin etməyin bir və tək adı var sadəcə iyrənclik və əxlaqsızlıq! Yenə də buna cavab olaraq Amerikadakı terrorra cəhd hərəkətlərini son dərəcə pisləyirəm. Bu yolverilməzdir, çünki ALLAH cəza verməkdən də mükafat verməkdən də aciz deyildir. Lazımı gəldikdə əmredir təbiətə, havaya və küləyə həmin günahkar azğınlıq edən yerləri konkret özü silir. Bunun üçün terror törətmək, qəti olmaz və bu hal ALLAHın acizliyini göstərmək deməkdir ki, elə bu prizmadan da yanaşdıqda bu da bir günahdır. Çünki ALLAH özü lazımı bildyi şəxsi də, milləti və xalqı da cəzalandırmaqda qəti aciz deyildir. Əgər ortada karikaturaların çizilməsində, ALLAHın nəzərində bir günah halı vardırsa, mütləq ki, Tanrı buna cavab verəcəkdir. Bütün tarixdəki və müqəddəs kitablardakı məhv olmuş, itmiş xalqların taleyi məlumdur. Uca ALLAH azğınlıq edən bütün Coğrafiyaları yer üzündən silmişdir. Nuh-un dövrü, Fironun aqibəti, Babil, Assuriya, Midiya, Əhəmənilər, Sasanilər, Abbasi Xilafətinin sonu, daha əvvəllərdə də yaşamış kiçik xalqların taleyini və yaşadıqları sonluğu misal göstərmək olar. Onun üçün ALLAH acizmiş kimi ona dayaq olmağa çalışmaq niyyəti və fikirləri özü birbaşa kafirlikdir və elə bunun özü kafir hökmü geyinməyə səbəb olan bir düşüncə tərzidir. Necə ki, Cəbrail vasitəsiylə buyrulur: “O aci deyildir, hər şey onun istəyinə və hökmünə bağlıdır!” Bunun üçün terror edən, qan tökən hər kəs cəhənnəm əhlidir.
Bütün bu saydıqlarımla bərabər, Qərbin özü pis iyrəncliyin bataqlığındadır. Peyğəmbər karikaturasının çəkilməsi heçbir halda yolverilməzdir. Əgər Qərbdə və ABŞ-da zərrə qədər insan haqqlarına hörmət deyə bir məhvum varsa, bu karikatura çəkilməsi məsələsini sonsuzadək bağlamalıdır!

Yorumlar