Mirsamir Məmmədov: Vəfa Quluzadənin ölümü, Azərbaycan siyasəti üçün çox ağır itkidir"




Siyasi şərhçi Mirsamir Məmmədov, Politoloq Vəfa Quluzadənin dünyasını dəyişməsiylə bağlı öz fikirlərini səsləndirib: 
Azərbaycan siyasi arenasına ağır itgi üz verdi. Böyük Analitik təhlilçi, dəyərli və bənzərsiz Politoloq Vəfa Quluzadə mayın 1-də vəfat etmişdir. Ürəyindən əməliyyat olunan Vəfa müəllim, əməliyyat zamanı dünyasını dəyişmiş, haqqın rəhmətinə qovuşmuşdur. Hər zaman dəyərli proqnozlarıyla hər hadisəyə və onun mahiyyətinə doğru qiymət verməyi və dəqiq mövqe bildirməyi bacaran Vəfa müəllim, öz sahəsinin əlçatmaz zirvəsindəydi. Vəfa Quluzadə hər zaman Dövlətçilik maraqlarına son dərəcə sadiq şəkildə fikirlər səsləndirməklə özünün şərhsiz fikirləriylə olduğu arenanın tək və rəqibsiz ustadıydı. Fikirləri Dünya səviyyəsində qəbul olunan Politoloqun önəmli çıxışları, Dünyaya verdiyi mesajlar hər zaman böyük diqqət çəkirdi.O hələ Dövlət Müşaviri işləyən zaman Azərbaycana böyük xidmətləri olmuşdur. 1999-cu ildə Ümummilli Lider Heydər Əliyevə rəsmi müraciət edərək vəzifəsindən istefa verərək, sərbəst və müstəqil Politoloq qismində çıxış etmişdir. Telekanalların efirlərinin və siyasi proqramlarının siyasi ekspert olaraq tək və şəriksiz lideriydi Vəfa Quluzadə. Ən son olaraq da Azadlıq Radiosunun efrində Xədicə ismayılın proqramında bütün ermənipərəst Qərb dünyasını, Azadlıq Radiosunun mənfur planlarını, iyrənc missiyalarını, hətta birbaşa ermənipərəstlər düşmən qüvvələr tərəfindən maliyyələşdirildiyini bütün detallarıyla birlikdə açıqlayaraq, sözügedən Radionu və bütün qərbli ermənipərəstləri sərt şəkildə ifşa edərək, jurnalist Xədicə İsmayılı vətənə və xalqa xəyanət etdiyi üçün, xarici qüvvələrə çalışdığı üçün də şiddətli qınayaraq çətin durumla üz-üzə qoymuşdur. Vəfa müəllimin Azadlıq Radiosunun efirində həmin Radionu ifşa etməsi, jurnalist Xədicə İsmayılı susdurması xalqımıza və ölkəmiə böyük xidmət idi. Azərbaycan Politologiya sahəsinin böyük sənətkarına Tanrıdan rəhmət diləyirəm. Məkanı cənnət olsun! Ailəsinə və bütün yaxınlarına dərin hüznlə başsağlığı diləyirəm! ALLAH rəhmət eləsin!

Yorumlar