Azərbaycan Silahlı Qüvvələrinin olduqca şərəfli bir xidmət fəaliyyəti vardır. Azərbaycan hərb sahəsinin tarixi olduqca qədimlərə dayanır. Xalqımızın döyüş əzmi onun qanında axmışdır hər zaman. Antik dövrün tarixçilərindən olan Appian, Roman sərkərdəsi Pompeyin Qafqaza yürüşü zamanı Albanlarla döyüşündə albanların igidliyindən və xüsusən Alban qadınlarının şücaətindən, onların kişi paltarı geyinərək, əldə qılınc, romalılarla vuruşmasından yazır. Appian qeyd edir ki: "Alban hökmdarı Oraysın ordusunda döyüşən qadınları görən romalılar heyrətə düşmüşdü"
Qəhrəmanlıq, igidlik, döyüş və hərb sənəti Azərbaycan xalqının tariinin dərinliyindən bu günümüzə gəlib. İstər ərəb işğalına qarşı Azərbaycan türklərindən ibarət olan Xürrəmilərin yadelli işğalçılara qarşı qəhrəmancasına vuruşması, istər monqolların gəlişi zamanı onlara qarşı şiddətli mübarizələr, Əmir Teymurun yürüşü zamanı Əlincənin müqaviməti, Toxtamışın yürüşü zamanı yenə Şirvanşahların ciddi mübarizəsi, eyni zamanda rus çarı birinci Pyotr tərəfindən başlanan müntəzəm rus hücumlarına və eləcə də xanlıqlar zamanı rusların ələ keçirtdikləri Azərbaycan ərazilərindəki güclü müqavimət və ölüm-dirim savaşları, daha sonra qaçaq həyatı yaşayan şəxslərin başlatdığı mübarizələri, Qaçaq Nəbi və digərlərinin timsalında misal göstərmək olar. Qarabağ müharibəsi zamanı pərakəndə də olsa, vahid komandanlıq olmasa da, düşmənə qarşı döyüşən bütün əsgərlərimiz bütün varlığını ortaya qoyaraq, ölümlərinə imza atan fədailərdən idilər. Qarabağ döyüşlərində də könüllü əsgərlərimizin şücaətlərini saymaqla bitməz. Qarabağda şəhid olanların da ruhları şad, məkanları cənnət olsun. Bütün bunların hamısı Azərbaycan xalqının cəsurluğunun təzahürüdür. Eyni zamanda da 1918-ci ildə Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılan Cümhuriyyət dönəmində vahid Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının əsası qoyulması, xalqımızın hərb tarixində olduqca mühüm və əlamətdar bir hadisə idi. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi.1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordu ləğv edildi.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti milli ordunun yaradılması haqqında qərar qəbul etdi.
Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1918-ci il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.
Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Avqustun 1-də isə Hərb Nazirliyi təsis olundu. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edildi. Daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəzlədi. General-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edilmişdi.
Müasir Dövlətçiliyimizin yaranması və ordumuzun daha da güclənməsi və qüdrətlənməsi, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin xidmətləriylə bağlıdır. 1993-cü ildə hakimiyyət başına gələn Ümummilli Lider Heydər Əliyev, bölünməkdə və parçalanmaq olan Azərbaycanı yenidən qurub yaradarkən o zaman Azərbaycanın vahid komandanlıq altında nizami və təlim görmüş ordusu yoxuydu. Məhs Heydər Əliyevin müstəsna xidmətləri sayəsində vahid ordu sistemi yaradıldı, ordumuzun döyüş qabiliyyəti birə min artırıldı, Azərbaycan güclü orduya sahib oldu.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin parlaq siyasəti və və uğurlu strategiyaları sayəsində, hazırda Qafqazın və bölgənin ən müasir ordusu hesab olunur Azərbaycan ordusu. Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bununla da Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində Azərbaycan hərb tarixi və Silahlı Qüvvələrimizin yaranması günü qorunub saxlanmış oldu. Heydər Əliyevin sözügedən sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün tarixlərə həkk oldu və gələcək bütün nəsillər, məhs iyunun 26-sını həmin günün yaranmasını qeyd edirlər. Həmin əlamətdar hadisədən 97 il ötür. Xalqımızı Silahlı Qüvvələrimizin yaranması Günü münasibətiylə səmimi qəlbdən təbrik edirəm.
Mirsamir Məmmədov

Yorumlar