Mirsamir Məmmədov: “Qəzzaya düşən mərmilərin sayını tutanlar, Şərqi Türküstandakı türk müsəlman qətlinə susdular!”

İslam və Türk dünyasının Şərqi Türküstandakı Çin zülmünə və Kommunist rejim tərəfindən müsəlman türklərə qarşı həyata keçirilən qanlı terror faktlarına qarşı susmasına və laqeyd qalmasına qarşı gənc politoloq Mirsamir Məmmədov kəskin ittihamlar dolu bəyanatlar səsləndirib. Bu barədə danışan gənc siyasətçi bildirib ki,


Keçən ilin bu günlərində başlayan İsrail-Hamas müharibəsində İsrailin Həmasın terror hücumlarına qarşı həyata keçirtdiyi anti-terrror əməliyyatlarına etiraz edən, lənət oxuyan, bəddua edən, ağzına gələn qarğışlarla bəyanatlar verən bütün İslam Dünyası və hətta Türk Dünyası, bütün türkçülər, türkçülük və İslamiyyətdən dəm vuranlar nədən bu günlər, sırf müsəlman olduqları üçün, oruc və namaza görə qətl edilən Şərqi Türküstanın Uyğur Türklərindən danışmadılar??? Nədən? Uyğurlar ümmətdən deyilmi? Fələstini müsəlmandır deyib dəstəkləyənlər müsəlman Uyğur Türklərinə nədən dəstək çıxmadılar??? 2014-cü ilin yay aylarında özünə bir çox siyasətçi və Politoloq deyən, heç siyasətdən anlamayanlar ardı arda mətbuatda İsrail əleyhinə bəyanat yağdırdılar! Amma həmin şəxslərin bu gün səsi çıxmadı. Fələstinə qeyrət çəkib Uyğur türklərinin faciələrini, soyqırımlarını görməyən insanın və müsəlmanın inancında riyakarlıq var! Konkret! Söhbət kütləvi insan, müsəlman qətlindən və Türklərin soyqırımından gedir! Günahsız və məzlum türklər, türk və müsəlman olduqları üçün Kommunist Çin rejimi tərəfindən ölümə məhkum edilib!
Şərqi Türküstan qanlar içindədir! Səbəbi isə namaz və orucdur! Qəzzada bir mərmi səsi gələn kimi hər kəs fələstinli olur. Nədən bir dəfə də realist Türkçü olmur "fələstinli" dinbazlar???? Mərkəzi Asiya regionunda Çin zülmü tüğyan edir! Daha doğrusu insanlıq ölməkdədir! Həmasın terror hücumlarına qarşı özünümüdafiə əməliyyatları apardığı üçün İsrailə gecə gündüz söyüb təhqir edənlər, əgər varsa cəsarətiniz bir dəfə də Kommunist Çin əleyhinə bəyanatlar verin!....
Mirsamir Məmmədov

Yorumlar