Mirsamir Məmmədov: "Xalqımızın ölümlə pəncələşdiyi zaman, xilası idi Heydər Əliyevin gəlişi!"




22 il bundan öncəki tarixləri çoxları yaxşı xatırlayır. Azərbaycan böyük faciə ilə üzləşməkdəydi, ölkə dağılıb məhv olmuşdu. Ölkə nəzarətdən çıxmışdı, idarəçilik sıfıra bərabəriydi, xalq o zamankı siyasi hakimiyyəti qəbul etmir, faciəvi böhrandan çıxmaq üçün xalq ayağa qalxıb siyasi hakimiyyətin dəyişilməsini istəyirdi. 1993-cü ilin bu günləri dəhşətli tragedik durumlarla tarixə keçdi. Bu tragedik mövcud durumların qarşısını almaq üçün AXC hakimiyyəti hər vasitə ilə çıxış yolu axtarmağa çalışırdı amma çıxış yolunu tapa bilmirdilər. Belə bir anda dahi şəxsiyyət, müdrik siyasətçi Heydər Əliyev yada düşdü. Azərbaycanın o zamankı bütün siyasətçiləri, bütün dövlət və hökumət xadimləri, bütün saylan və seçilən ziyalıları, bu faciəvi vəziyyətdən çıxış yolunu ancaq Dahi Şəxsiyyət Heydər Əliyevin gəlməsində gördülər və hər kəs, bütün İctimaiyyət və siyasət liderləri, hökumət və dövlət xadimləri, başda o zamankı siyasi hakimiyyət olmaqla, hər kəs toplaşıb, Naxçıvana Ulu Öndərin ziyarətinə getdilər. Bu zaman Azərbaycan son dönəmlərini yaşamaqdaydı, günlərlə Milli Məclisin binasında hökumət və dövlət rəsmilərinin saatlarla iclası və müzakirəsi heçbir bəhrə vermir, ölkəni qırğın, faciə bürümüşdü. Azərbaycan uçurumun bir addımlığındaydı. Bunun qarşısının alınmasının mümkünsüz olduğunu görən, xalqı və ölkəni bu duruma gətirənlər, çətin və çarəsiz halda Heydər Əliyevin yanına yardım istəməyə qaçdılar. Xalqı bu durumdan yalnız o xilas edə biləcəkdi. Dahi Siyasətçi, uzqgörən və müdrik Şəxsiyyət bu dəvəti qəbul edib, bütün Azərbaycan xalqının tələbi ilə Naxçıvandan Bakıya gəldi. Heydər Əliyevi Milli Məclisin binasında kürsüdə görən Azərbaycan xalqı artıq nicat tapdığını anladı. Onun yüksək və şəxsi nüfuzu hər kəsə məlum idi. Hər kəs onun şəxsiyyətinin vurğunu idi. Hələ 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi zamanlardan, xalq onu çox gözəl tanıyırdı və elə xalqın istədiyi də, Heydər Əliyevin rəhbərliyə ikinci qayıdışı idi. Bütün bu istəkləri və tələbləri qəbul edən Heydər Əliyev, bütün Azərbaycan xalqının taleyinin həllini öz üzərinə götürməklə, çox böyük bir məsuliyyəti çiyinlərinə aldı. Bakı ayaq basdığı andan bütün kritik durumların həllinə çalışan Heydər Əliyev qısa müddətdə faciələrin qarşısını almağı bacardı. O, Azərbaycanın bütün bölgələrini gəzdi, mövcud Gəncə hadisələrində üsyançılarla danışığa getdi, onu görən hər kəs qarşısında aciz qalaraq silahı yerə qoyur, islah halda təslim olurdu. Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi öz sözünü deməkdəydi. Bütün ölkəni bürüyən qardaş qırğının qarşısını qətiyyətlə aldı. Xalqın bu ağır yükünü böyük məsuliyyətlə öz üzərinə götürən Heydər Əliyev, ölkənin tragedik anlarının qarşısını aldı. Özünün parlaq siyasi bacarığı, yüksək dövlətçilik təcrübəsi ilə qısa müddətdə Azərbaycan xalqını gözləyən bəlaları dəf etdi. Bütün bu şücaətini görən xalq, Heydər Əliyevin Prezident olmasını qətiyyətlə tələb etdi. Nəhayət 1993-cü ilin oktyabrında keçirilən Prezdent seçkilərində milyonlarla insanın yekdilliklə səsverməsi nəticəsində, Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmaqla yanaşı, onun sevdiyi bir Prezidenti oldu. Beləliklə Ölkə xilas oldu. Ölümlə çarpışan xalqımız artıq öz azadlığına, öz həqiqi müstəqilliyə qovuşmuşdu. 1991-ci ilin oktyabrın 18-də xalqımız müstəqillik qazansa da, bu müstəqillik tam simvolik bir xarakter daşıyırdı, çünki bir qurup səriştəsiz və nadan şəxslər ölkəyə rəhbərlik etməkdəydi, xalqı uçuruma atmaqdaydılar. Təbiiki, Heydər Əliyevin Azərbaycana gəlişi bütün bunlara son qoydu, xalqımız həqiqi müstəqilliyini, həqiqi azadlığını qazandı. Məhs bununla da Azərbaycanın işıqlı gələcəyi, yenidənqurma dövrü başlandı. Xalqımızın xilası, müasir dövlətçiliyimizin yaranması Heydər Əliyevin qayıdışı ilə bağlıdır. Məhs onun yüksək dövlətçilik təcrübəsi və uzaqgörənliyi sayəsində Azərbaycan xilas oldu. Bu günkü müasir Azərbaycanın var olması Heydər Əliyevin xidmətlərinin nümunəsidir! Bu dövləti çətin və faciəli durumlardan xilas edib yenidən qurub yaradan dahi Şəxsiyyət, onu bütün Azərbaycan xalqına ərmağan etdi. Hər il xalqımız bu günü, 15 iyun tarixini, özünün Milli Qurtuluş günü kimi qeyd etməkdədir. Azərbaycan xalqı hər zaman öz xilaskarına minnətdar olacaq, hər zaman dahi Liderin adını sevgi və rəğbətlə yada salacaq! Minilliklər də keçsə heçbir zaman unudulmayacaq Heydər Əliyevin xidmətləri. Dövlət quran, dövlət yaradan heçbir Lider unudulmur. Hələ onun misilsiz xidmətləri isə heçbir zaman unudulmayacaq! ALLAH rəhmət eləsin! Məkanı cənnət olsun! AMİN!

Mirsamir Məmmədov

Yorumlar